Lavrov: Laçın dəhlizi ətrafındakı vəziyyəti ətraflı müzakirə etdik
"Biz Laçın dəhlizi ətrafındakı, ümumilikdə Qarabağ ətrafındakı vəziyyətin nizamlanması yollarını ətraflı müzakirə etdik”.
Adalet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Üçtərəfli razılaşmaların bütün istiqamətlər üzrə danışıqlar prosesinin tezliklə bərpasının vacibliyini təsdiq etdik. Cənubi Qafqazda iqtisadi nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı görülən işlər nəzər alınaraq ümid edirik ki, üçtərəfli işçi qrupun həmsədrləri-baş nazirlərin müavinləri konkret razılığa gələ biləcəklər. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyətinin Rusiyanın məşvərətçi yardımı ilə aktivləşdirilməsinin tərəfdarıyıq. Rusiya tərəfindən İrəvanla Bakı arasında sülh sazişinin bağlanmasına yardım etməyə hazırlıq ifadə olunub”, deyə Rusiya XİN başçısı vurğulayıb.
Digər Xəbərlər
28 Sentyabr 2026 18:42
Gədəbəy rayonuna icra başçısı təyin olundu
28 Sentyabr 2026 18:41
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
28 Sentyabr 2026 18:40
Naftalan şəhərinə icra başçısı təyin olunub
28 Sentyabr 2026 18:22


Bakı -°C

