adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Iyun 2018 14:03
12839
MƏDƏNİYYƏT

Lahıclı misgərlər sənəti hansı çətinliklər bahasına yaşadır...

Lahcınküçələrini, emalıatxalarını gəzib dolaşmaq insana başqa cür zövq verir. Hərdəfə bu emalatxanalarda bir yeniliklə qarşılaşırsan.

Bildiyiniz kimi rəhbərlik etdiyimin Yeni Həyatİqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanındaQeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə"Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlı tədbirlərintəşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bu günküvəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər birinformasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıcmisgərlik sənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərinitəbliğ etmək. Sözsüz ki, sənətkarlar çalışır ki, daha maraqlı əl işləri iləçağdaş müştərini, tamaşaçısını, sənət sevdalılarını sevindirsin.

Lahıcı gəzib dolaşdıqca onun bir neçə Azərbaycanınmühümsənətkarlıqmərkəzlərindənbiriolduğunun şahidi olursan. Səsi-sədası bütündünyaya yayılan Lahıc ustalarımisgərlik sənəti sahəsində böyük xariqələr yaradıblar. Bu gün dəyaratmaqdadırlar.Uzunillərdirki, Lahıc ustalarınınayrı-ayrıtarixidövrlərdəistehsaletdikləri zəngin vərəngarəngçeşidlisənətkarlıq məmulatının,ocümlədən dünyaölkələrindəki muzeylərin, şəxsi kolleksiyalarınyaraşığınaçevrilmişnadirsənətincilərinin bu gün dədavamı yaranır.

Azərbaycan müstəqillik illərində, xüsusəndəuluöndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətəqayıtdıqdan sonraçoxsürətliinkişafetməyə başlayıb, bugün gün o inkişafı hər birimiz gözlərimizlə görürük. PrezidentİlhamƏliyevinhakimiyyəti illərindəisədoğmaAzərbaycanımızözününbütünsahələrdəki davamlı,balanslı vədinamikinkişafı ilə dünyanı heyrətləndirməkdədir.Bəli,sonillər Bakı ilə, respublikanındigəririşəhərləri vərayonmərkəzləri iləyanaşı,paytaxtdanxeyliuzaqdayerləşən vəonilliklərboyusözünəsl mənasında, gözdənuzaq, könüldəniraqvəziyyətdəqalanənucqarrayonlarımızvə kəndlərimiz dəözsimasınıbüsbütündəyişmişdir.Oinkişafki, artıqucadağlarəhatəsində yerləşən qədimLahıcıdaözistiağuşunaalıbdır. Lahıc bu gün dünya turistlərininziyarət ünvanına çevirilib.

Bəli, eləsənət və sənətkarlıq nümunələri var ki, onlar yalnız xalqımıza məxsusdur. Beləsənət nümunələri arasında mis qabların xüsusi önəm daşıması heç də təsadüfideyil. Bildiyimiz kimi, xalqımız özünün çoxəsrlik tarixi boyunca zəngin vəözünəməxsus mədəniyyət yaradıb. Müxtəlif dövrlərdə tacirlər, səyyahlar vəəcnəbi diplomatlar bu yerlərdə olub, sənətkarlığın inkişafı haqqında çoxsaylımaraqlı faktlardan söz açıblar.

Misgərgərlərin fikrincə, misgərliyin kökü Azərbaycanda çox qədimlərə, yüzillərbundan öncələrə qədər gedib çıxır. Busənət nümunələrinin hər biri tədqiq olunmalı əsərdir. Bir qabın üstündəsənətkar iki il işləyirsə, ona, sadəcə, qab demək olmaz”.

Ustaların misdən hazırladıqları, mürəkkəb və incənaxışlarla bəzədikləri məmulatlar Türkiyə, Orta Asiya, Dağıstan, Gürcüstan,İran və digər yerlərdə uzun illər ərzində tanınıb. Bu qədim sənət növü Misdövründən cilalana-cilalana bu günədək yol gəlib. Onu davam etdirənlərdən biridə Kamal Mustafayevdir. Atasından öyrəndiyi sənətlə məşhurlaşan usta Kamaldeyir ki, misgərliyin itib-batmaması üçün atam məni məcbur etdi ki, bu sənətiöyrənim: "Dədə-babadan qalma bu sənətin itib-batmaması, gələcək nəsillərəçatması üçün əlimi öyrəşdirdi. Düzdür, ağır, çətin sənətdir. Ancaq bu sənətAzərbaycan xalqının maddi mədəniyyətindən soraq verir, ona görə də onu yaşatmaqlazımdır. Mis qablar vaxtilə şahların, xanların və bəylərin süfrəsinin bəzəyiolub. Sayılıb-seçilən qonaqlara bu qablarda süfrə açılıb”.

Bu sənət nə qədər maraqlıdırsa, bir o qədər dəçətindir. Ustalar deyir ki, marağı olmayanlar, nəyin və kiminsə xatirinə busənətə gəlməyə məcbur edilirsə, ondan misgər olmaz. Misgərlər səbrli, incəzövqə malik olmalıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, burada davacib hesab edilir. Sözügedən mis qabların hazırlanması üçün ağır əmək sərfetmək lazımdır. Bu, hələ şərtlərin hamısı deyil. Elm, bilik də misgərlikdəvacibdir. Xüsusən riyaziyyat, kimya, fizika, bir sözlə, bütün texniki fənləribilmək tələb olunur. Çünki istifadə olunan material kimyəvi maddələrdənhazırlanır. Hətta vurulan naxışlar belə müxtəlif həndəsi fiqurlar üzərində başagəlir.

Mis qab-qacaqların sayının və çeşidinin getdikcəazalması yalnız peşəkar misgərlərin barmaqla sayılacaq qədər olmasından irəligəlmir. Şüşə və ya digər məmulatlara, məsələn, keramikadan hazırlananməhsullara maraq artdıqca mis qablar kolleksiyaçılar tərəfindən toplanır vənəticədə onlar muzey eksponatına çevrilirlər.

Usta deyir ki, vaxtilə Lahıcdakülli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakıməhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzişəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmırdı. Asan və ucuzbaşa gələn şüşə, saxsı, çuqun, büllur, çini qablar mis əşyalarını aradançıxarmağa çalışır. Bütün bunlara baxmayaraq, mis qab-qacaq həmişə dəbdədir,antikvar əşya kimi qorunur, misgərlik sənəti isə sənətkarlar tərəfindənlayiqincə yaşadılır.

Ustalar bildirir ki, dövlətmisgərlik sənətinin inkişafında maraqlıdır. Onlar hesab edir ki, yeni sənətnümunələrinin hazırlanması üçün dövlət və ictimai qurumlar tərəfindənsifarişlər olmalıdır...

Bu barədə növbəti yazıdaoxuyacaqsınız.

Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur