Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyi tərəfindən Kəlbəcər və Laçın rayonunlarının mürəkkəb relyefli dağlıq ərazilərində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Adalet.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, relyefin mürəkkəbliyi və mütəmadi əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri də cəlb olunub.
Həmçinin, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Qarabağ Regional Mərkəzinin qüvvələri iştirak edir.
Digər Xəbərlər
23 Noyabr 2026 14:34
Ada Süleymanova ilə qəzada həlak olan Anar "Metak"ın rəhbərinin oğlu imiş
23 Noyabr 2026 12:12
Bakıda pirotexniki vasitələr aşkar edildi
23 Noyabr 2026 10:55
DYP-dən blogerin sükan arxasındakı görüntülərinə münasibət - VİDEO
23 Noyabr 2026 10:53


Bakı -°C

