"La Liqa yarımçıq dayandırılsa, klublar 1 milyard avro itirəcək" – Prezidentdən açıqlama
İspaniya La Liqasının prezidenti Xavyer Tebas koronavirus pandemiyasına görə mövsümün erkən dayandırılacağı təqdirdə İspaniya klublarının maddi itkilərindən danışıb.
Qol.az xəbər verir ki, çempionatın rəhbəri "goal.com”a açıqlamasında bildirib ki, mövsüm bitməsə, La Liqa təmsilçiləri həddindən çox pul itirəcəklər:
"Pandemiyanın iqtisadi zərərlərini və avrokuboklarda iştiraka görə alınan pullardan məhrum olacaqlarını nəzərə alsaq, klublarımız çox pul itirəcək.Onlar 1 milyard avro itirəcəklər. Mövsümü azarkeşsiz davam etdirsək, bu itki 300 milyon avro olacaq. Çempionat azarkeşlərlə davam etdirilsə, maliyyə itkisi 15 milyon avro olacaq”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə 27-ci turda dayandırılan La Liqada mövsümün ləğv ediləcəyi haqda xəbərlər yayılmaqdadır. Xavyer Tebas da bu yaxınlarda İspaniya mətbuatına açıqlamasında böyük ehtimalla mövsümün yarımçıq dayandırılacağını demişdi.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00