adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Fevral 2019 15:09
124560
GÜNDƏM

Kütləvi şəkildə eşq aclığı var... - SORĞU

Bu gün 14 Fevral Sevgililər günüdür. Sevginin günüolmur deyirlər. Ancaq hər gün sevgi də bayram kimi qeyd edilmir.

Adalet.az tanınmış yazarlardan Sevgililər Günü iləbağlı sorğu keçirdib. İlk Sevgilər Gününü necə xatırlayırsınız?


Yazıçı SəfərAlışarlı: "Sevgililər gününü bayram etmək nədənsə yüzillərləbizim xalqın yadına düşməyib. Sevgi faciələrinə gen-bol imza atmış xalqımızdaim vüsal dəminin həsrətilə yaşayıb. Əvvəllər küçəyə çıxırdın, görürdün ki,kütləvi şəkildə sevgi aclığı var, millət qırılır. Bu gün də təxminən həmin mənzərədir.Bugünü ilk dəfə bayram etməyim, ümumiyyətlə bayram etməyim yadıma gəlmir.


"525-ci qəzet”in başredkatoru Rəşad Məcid: "Heç xatırlamıram! Sevgililər gününün dəbə minməsi bizim qocalanvaxtımıza düşdü!


Yazıçı Cavi Dan: "Əslində elə bircavabım yoxdur. Bu gündən bir gün keçəndən sonra xəbər tutmuşdum. Həmin gününözündə isə sevdiyim adamdan küsmüşdüm. İndi yadımda deyil, deyəsən o ərəfədə mənimyox, öz sevdiyi ətiri almışdı deyə. Biz bir gün sonra barışdığımız vaxt Tvdənbildik ki, sevgililər günü varmış və biz o günü ötürmüşük. Gözəl gündür. Təsəvvüredin ki, bir gün boyu bütün yer üzündə əsas işlənən söz SEVGİ olur. Görün nə qədərpozitiv enerji yaranır. İndiki ümumbəşəri xaosun müqabilində buna çox böyükehtiyac var.


Yazar RəbiqəNazimqızı: "Mənim sevgilim-filanım yoxdur, ciddi-ciddifikirləşəndə heç olmayıb da. Kimdənsəxoşum gəlib, kiməsə bağlanmışam, kimisə sevmişəm, amma uzaqbaşı, sevimliolmuşam, sevgili yox. Sevgililər günü ilə elə bir şəxsi xatirəm yoxdur. Nəvaxtsa əks cinsin nümayəndəsi ilə bunu qeyd elədiyimi xatırlamıram. Görünür,sevgili olmamışam, ya da ənənəvi sevgi göstərilərinə münasibətimi biliblər. Hərçənd,etiraf edirəm, ayı oyuncağına həmişə sevinə bilərəm - rəfiqə də alsa, dost da,özü də ilin bütün günlərində. Yaxşı, ağlınıza yüz versiya gətirməyəsizdeyə, bəribaşdan deyim, mənim sevgili sözündən elə də xoşum gəlmir. Niyəsinibilmirəm, gəlmir, vəssalam... Yılmaz necə deyib? Yaşasın xalqlarınsevgililiyi... Mən bir az da, ümumiləşdirim, yaşasın insana olan sevgi...Sevgili olmasa da, olar..."