adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
19 Noyabr 2018 14:14
11607
DÜNYA

KÜRDLƏR DAHA BİR DÖVLƏT QURUR

Şimali İraqda artıqbelə bir kürd dövləti mövcuddu, mərkəzi hökumətə heç bir bağlılığı da yoxdu. Bərzani Ankaraya rəsmi səfərə gələndə də öz bayrağı ilə gəlmişdi,İraq bayrağı ilə yox.

Və İraq Kürdüstanında adamlar adam kimi yaşayır, əmin-amanlıqdı. Eləqardaş Türkiyədə də əlində pulu olan qaçıb ora sərmayəyə yatırırlar, çünki vergidən azaddırlar.

İŞİD də ya qorxusundan,ya da onu yaradanların tapşırığı ilə İraqKürdüstanı tərəfə hərlənmir.

İndi də Suriyanın şimalında kürdlər yeni bir dövlətlərini qururlar və ən maraqlısı odur ki, nəzarət elədikləri ərazilərdə ərəb əlifbasını qadağan ediblər, keçiblər latın əlifbasına. Ərəbəsarətindən təmiz qurtulmaq üçün hicabı və çarşabı da qadağan ediblər. Və artıq 60 minlik dəbir ordu yaradıblar. ABŞ da həmin ordunu ən müasir silah-sursatla, texnikayla təmin edir.