adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Yanvar 2023 15:03
1503
MÜSAHİBƏ

KULTUROLOQ: “İşsizliyi normal qarşılamaq lazımdır” - MÜSAHİBƏ
 

“ Öz milli adətlərimizə əməl edəndə bizə kəndçi deyirsiniz”

Müsahibimiz Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yenimedia.net saytının və kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilovdur.
 

-Yazdığınız statuslara və söylədiyiniz fikirlərə görə çox vaxt birmənalı qarşılanmırsınız. Bu hal sizi narahat edir?

-Günümüzün öz tenxologiyaları və informasiya ötürmə estetikası var. Biz yeni nəsil intellektuallar sosial şəbəkələrdə, internet saytlarında və verlişlərdə tele-ekspert kimi analtik təfəkkürün məshulu olan fikirlərimizi sərgiləyirik. Bu da bir çox insanların ağlının qəbul etdiyi səviyyədən yuxarı olduğu üçün müxtəlif münasibətlər, rəylər və əks-səda yaradır. Mən söylədiyim fikirlərə görə məsuliyyət daşıdığımı anlayıram. Harda nə dediyimi də çox yaxşı bilirəm. Bu baxımdan illəri qabaqlayan fikirlər söyləyən zaman, həmişə daş-qalaq olunmuşam. Əslində bütün dövrlərdə belə olub. Məhəmməd Füzuli əsərlərinə görə tənqid olunub. Nizami Gəncəvi yazdığı əsərlərə görə sıxışdırılıb. M.F.Axundzadə hətta öləndə mənzilində 3 gün kimsəsiz qalıb. Savadsız mollaların fitvasına uymuş azərbayacanlılar Axundzadəni dəfn etməyə getmədilər. Amma tarix dəyişdi, Axundzadənin fikirləri müstəqil Azərbyacanın yaranmasında ideoloji silaha çevrildi.

Azərbycan cəmiyyəti ümumən konservant cəmiyyətdir. Yəni ənənələrə çox bağlıdır. Bu cəmiyyət yeni fikirlərə qarşı çıxır. Nəsimini asan cəmiyyətik, Xətaiyə qarşı çıxan xalqıq. Sonra isə onlara heykəllər ucaldılır və adları tarixdə əbədiləşdirilir. Ona görə də fikirlərimin birmənalı qarşılanmamağı məni narahat etmir.

Mən kulturlogiya, multikulutralizm, tolerantlıq kimi dünya cərayanlarında, dünya estetik fikirləri ilə bağlı maarifçilik edəndə hər kəs məni daş-qalaq edirdi. Ancaq illər sonra multikultralizmlə bağlı mərkəz yaradıldı.
 

-Dünya ölkələrinin inkişaf etdiyi bir dövrdə, bizim cəmiyyət hələ də yeniyetmə qızların erkən nikahına göz yumurlar. Buna səbəb nədir?

-Əslində bu məsələ sosial, psixoloji, mənəvi və digər problemlərlə bağlıdır. Erkən nikahları adətən uşaqbazlıq və azyaşlılarla pornoqrafiya ilə məşğul olan insanlar üçün labüddür.

Bizdə yaxşı ki, uşaqbazlıq və azyaşlı uşaqlarla seksual əlaqədə olmaq cinayətdir. Azyaşlıları yoldan çıxartmaq, seks əlaqəsində olmaq statistik baxımdan çox azdır. Bəlkə də var, onlar gizlədilir. Axı biz hər şeyi gizlətməyə meyilli bir cəmiyyətik. Erkən nikah problemi bizim cəmiyyətdə intim mnüasibətlərin açıq formada olmamağına görədir. Bu adətən nikah və kəbin üzərində baş tutur.

Düşünürəm ki, Azərbaycan cəmiyyəti intellektual cəhətdən üstündür ki, belə hallar olanda qəti etirazını bildirir. Vaxtilə anam 14 yaşında ərə gedirdisə, indi nəvəsini 20 yaşdan aşağı ərə vermək istəmir.
 

-Ümumiyyətlə, erkən nikahla bağlı cəmiyyətlə bu qədər mesaj ötrülsə də, bu kimi xoşagəlməz hallar hələ də davam edir...

-Erkən nikahların qarşısını təkcə maarifləndimrəklə almaq mümkün deyil. Sözsüz ki, burda həm də qızın valideynləri, həm oğlanın valideynləri mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Belə hallar baş verəndə, 15 nəfər həbs olunsa, bir kimsə bir daha cəsarət edib öz kiçikyaşlı qızını ərə verməz.
 

-Erkən nikaha bu qədər meyilli olmağın səbəbi nədir?

-Azərbaycanda seks aclığı var. Gənclərimiz intim münaisbətdə təmin edə bilmirlər. Cinsi ehtiraslarını ödəyə bilmirlər.

Bilirsiniz ki, qonşu Türkiyədə yüngül əxlaqlı qadınların öz bədənlərini satmaq üçün xüsusi görüş yerləri var. Bu, artıq qanuniləşdirilib. Bunun yaxşı tərəfi odur ki, insanlar cinsi istəklərini ödmək üçün müəyyən miqdar pul ödəyirlər Həmin puldan dövlətə vergi ötürülür. Sonra həmin puldan bədənlərini satan qadınlara təqaüd verirlir. Həmin qadınlar yoxlanılır, müxtəlif xəstəliklərə yoxulmağın qarşısı alınır. Ancaq bizdə belə deyil. Bizdə müxtəlif əyləncəxanalar, masajxanalar, sauna mərkəzləri var. Hotellərdə axtarış etsək, orda mühafizə sisteminin və bir çox aidiyyatı qurumların gözü qarşısında açıq-aşkar baş verən hadisələr insan alveridir.
Düzdür, Daxili İşlər Nazirliyi insan alverinə qarşı təbdirlər görür. Belə halları ifşa edir.

Ancaq hər hansı bir masaj salonuna və sauna mərkəzinə polis necə daxil ola bilər? Bu mərkəzin lisenziyası var. Hər bir salonda və saunada kamera quraşdırıb müşahidə etmək olmaz. Onda da insan hüquqlarının pozulması ilə bağlı car çəkirlər.

-Adət halına çevrilmiş toy və yas mərasimlərimizdə insanların qaydaya çevirdiyi hallardan necə qurtulmaq olar?
 

-Düşünürəm ki, toy və yas mərasimlərində mənfi hallar yoxdur. Yeganə məkan toy və yas mərasimidir ki, insanlar orda birləşə bilirlər. Toyda şənlənirlər, yasda öz problemlərindən, məişət qayğılarından danışırlar. Biz bu mərasimlərdə sosiallaşırıq. Azərbaycanin milli adət və ənənələrinin sıradan çıxarılmağının qəti əleyhinəyəm. Müxtəlif dövlətlərin adət-ənənələrini mənimsəyirik, amma öz sağlam, köklü ənənələrimizə qarşı çıxmaq istəyirik. Adət-ənənə bu xalqı qədim xalq kimi tanıdır. Məsələn qədim yunan xalqı, latın xalqı yoxdur. Amma bizim xalq yaşayır. Xalqı yaşadan isə onun ənənəsidir.

Sadəcə adətlərimizə müxtəlif artıq xərclər gətirmək dorğu deyil. Bu, budcəyə ziyandı. Dəfələrlə bunu demişik ki, toyda 20 növ salat, 10 cür yeməyə ehtiyac yoxdur. Əgər pulunuz çoxdursa, onu daha məqsədyönlü işlər üçün xərcləyin. Övladınız üçün ev alın, hər hansı bir kasıba yardım edin v.s kimi yaxşı işlər görün.

İndi çox adam yas mərasimlərində ehsan verməyin əleyhinə danışır. Birincisi, kənd yerlərində 2 gün, şəhərdə isə 1gün süfrə açılır. Yasda yemək və çay süfərsinin açılmağı mərasim sahiblərinin büdcələrindən salıdır. Kim istəyirsə süfərsini bol edə bilər, kim də istəyirsə bir növ təamla kifayətlənə bilər.
Necə olur ki, məhərrəmlikdə və orucluqda süfrə açanda savab olur, amma ata-anamızın adına süfrə açanda kimlərinsə gözlərinə giririk.

Ərəbin rusun, farsın, ingilisin balalarını gətirib beynimizə sırıyırlar. Öz milli adətlərimizə əməl edəndə bizə kəndçi deyirsiniz. Yığışdırmaq lazımdır belə lazımsız söhbətləri. Cəmiyyət buna qarşı qəti etirazını bildirməlidir. Şəxsən mən öz etirazımı bildirmişəm.
 

- Cəmiyyətdə işsizlikdən şikayətçi olan toplum getdikcə çoxalır. Buna səbəb nədir? Yəni bu problemin səbəbi özümüzdədir yoxsa aidiyyatı qurumlarda?
 

-İşsizlik dünyanın inkişaf etmiş ölkələrinin ən böyük problemlərindən biridir. Hətta ABŞ-da belə 15%-ə qədər işsizlik var. Post-pandemiya ve post-müharibə dövrünü keçən, hələ də yeni cəmiyyət quruculuğunu başa çatdırmayan Azərbaycanda da işsizlik həmişə olub. Bunu dövlət qurumları da, biz də dəfələrdə söyləmişik. Cənab Prezident də bununla bağlı xüsusi proqramlar işləyir. İlham Əliyev həmişə çıxışında qeyd edir ki, insan resusunu, insan kapitalını inkişaf etdirmək lazımdır.

Kənd təsərrüfatının inkişafı, düyüçülüyün, narçılığın, pambıqçılığın inkişafı ilə bağlı proqramlar qəbul edilir. Yeni iş yerləri yaradılır. Azad iqtisadi zonalar Azərbaycanda müəyyənləşir.Müasir dövrdə texnologiyanın inkişafı insan əməyini minumuma endirib. Əvvəl bir zavodda 100 adam işləyirdisə, indi 30 nəfər bəs edir. Çünki çox işi texniki qurğular idarə edir. Bu səbəbdən də işsizliyi normal qarşılmaq lazımdır.

Təkliflər olunur ki, insanlar öz peşə və vərdişlərini dəyişsinlər. Əhalinin işlə təmin olunması ilə bağlı müxtəlif layihələr həyata keçirilir.

Qarabağda yeni iş yerləri açılır və bu barədə elanlar verilir. Amma insanlar özlərinə əziyyət verib fiziki işlə məşğul olmaq istəmirlər.

Dünyanın hər yerində belədir ki, insanlar daha çox xidmət sahəsində çalışmağa meyilli olurlar. Yəni az əmək sərf edib, çox pul qazanmaq istəyirlər. Gənclərimiz çox tənbəldir. Xarici dil öyrənmək istəmirlər.

Ali məktəbi bitirən kimi çox yaxşı həyat yaşamaq istəyirlər. Amma o yaxşı həyat üçün karyera qurmaq lazımdır.

Yeniliyə can atan çox az adam var. Bir çox gənclərimiz düşünürlər ki, polisdə işə düzəlib, rüşvət alıb varlansın. Halbuki, dünyanın heç bir ölkəsində belə absurd düşüncə yoxdur.

Düşünürəm ki, insanlar daha kreativ fikir irəli sürərək, daha maraqlı işlərlə məşğul olmalıdırlar ki, həm ökləmiz inkişaf etsin, həm də özləri varlansınlar.

Əntiqə Kərimzadə