Külək və yağış çimərliklərin rəsmi açılışına mane olmayıb
Bu il çimərlik mövsümü iyunun 15-də açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
O qeyd edib ki, bu ildən etibarən çimərlik mövsümü sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.
"Biz iyunun 1-dən etibarən gücləndirilmiş iş rejimində işləyirik. Qadağanedici, xəbərdaredici lövhələr çimmək üçün təyin edilmiş yerlərdə yerləşdirilib, üzmə sərhədləri müəyyənləşdirilib, şarlar qoyulub, suya baxış keçirilib”.
Nazirlik rəsmisi iyunun 1-dən etibarən dəniz kənarında dincəlməyə gələnlərin olduğunu qeyd edib.(modern.az)
Digər Xəbərlər
05 May 2024 17:29
Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq
02 May 2024 09:03