Kukla Teatrının 85 illik yubileyi qeyd olunacaq
Dekabrın 28-də Azərbaycan Dövlət Kukla Teatrının 85 illik yubileyi münasibətilə tədbir keçiriləcək.Teatrın mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə,Mədəniyyət və Turizm Nazirliyivə Teatr Xadimləri İttifaqınıntəşkilatçılığı ilə baş tutacaq tədbirdə teatrın keçdiyi zəngin sənət yoluna nəzər salınacaq, repertuarında yer alan tamaşalardan ibarək "Konsert-tamaşa - 85” adlı proqram nümayiş olunacaq.
Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoyulub. Bu sənət ocağı müxtəlif illərdə (1931- 1941-ci illər); (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərib. Azərbaycan və rus dillərində tamaşalar təqdim edən teatra 1964-ci il aprel ayının 15-də dövlət statusu verilib.
1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. Teatrın kollektivi müxtəlif illərdə Rusiya, Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Türkmənistan, Gürcüstan, Yunanıstan, Misir, Mərakeş, İtaliya, Finlandiya kimi ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında təmsil olunaraq mükafatlarla təltif olunub.
Digər Xəbərlər
29 Aprel 2024 14:57
İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33