adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Oktyabr 2017 15:38
31452
MƏDƏNİYYƏT

Küçələrdə gecələyən narkoman aktyorun yüksəlişi

Amerika kino və teatr aktyoru Alfredo Ceyms "Al” Paçino 25 aprel 1940-cı ildə Nyu-YorkdaManhettendə Roza və Salvador Paçinoların ailəsində doğulmuşdur. Valideynləriayrılanda 2 yaşı olan Paçino anası ilə birgə nənə və babasının yanına köçürlər.Paçino Nyu Yorkda məhşur İncəsənət İfaçılıq məktəbinə daxil olur. Dostlarının"Soni” deyə çağırdıqları bu gənc professional beyzbolçu olmaq istəyirdi. Eynizamanda həmyaşıdları onu başqa adla da çağırırdılar - "Aktyor”.


Məktəbdən qovulur...

Alfredo dərslərinə heç cür həvəs göstərə bilmirdi. Bu səbəblə də 17 yaşındaməktəbdən qovulur. Buna görə anası ilə dalaşandan sonra o evi tərk edir. O çoxaz bir əmək haqqı ilə ofisiant, poçtalyon işləməyə başlayır. 10 yaşından artıqsiqaret çəkən Alfredo 13 yaşında spitrli içkilər və marixuana qəbul etməyəbaşlayır. Ancaq heç vaxt yüksək dozalı narkotik vasitələrdən istifadə etmədi,baxmayaraq ki, onun dostlarının çoxu məhz yüksək dozadan dünyalarınıdəyişmişdilər.

"Nyu York Underground”teatrında çıxışlarından sonra o Hertbert Berqhofun "HB Studio”suna qoşuldu.Burada o gələcək müəllimi və dostu Çarli Lautonla tanış olur. Bu dövrdə Alfredonə bir işə, nə də bir evə malik idi. Bəzən küçədə, ya teatrda, ya dadostlarının evində gecələməli olurdu.


Xaç atası

1966-ci ildə Al Paçinofasilələrlə davam edən uzun çalışmalardan sonra nəhayət ki, "AktyorStudiyası”nın dinləmələrindən uğurla keçir. Bu, Manhettendə yerləşənprofessional aktyor, rejissor və dramaturqların toplandığı bir təşkilat idi.Uzun fəaliyyəti dövründə bu təşkilat incəsənətə bir çox məhşurlar bəxşetmişdir. "Aktyor Studiyası”nda Al Paçino daha sonra "Xaç Atası 2”(GodfatherII) filmində tərəf müqabili olacaq Li Strasberqin kurslarına yazılır. Al Paçinobu studiyanın və Li Strasberqin öz aktyor həyatında rolunun çox böyük olduğunudemişdir. Hal hazırda Al Paçino Alan Börşteyn və Harvi Keytel ilə "AktyorStudiyası”nın prezidentidir.

İlk epizodik rolunu "Aktyorstudiyası”na qəbul olunduqdan sonra aldı. İlk debütunu isə 1969-cu ildə "Mən,Natali” (Me, Natalie) filmində, ilk böyük rolunu isə 1971-ci ildə CerriŞatzberqin "Nidle parkda panika”(Panic In Needle Park) filmində narkoman rolunuoynamaqla almışdır. Bu oyunundan sonra Frensis Ford Koppola onu görüb kəşf etmişdivə özünün yeni filmi "Xaç atası”(Godfather) filmində Maykl Korleone rolunadəvət etmişdir. Koppola Robert De Niro, Martin Şin, Ceyms Kaan, Robert Redfordvə başqa namizədlər arasından Al Paçinonu seçmişdi. Nəticədə bu roluna görə AlPaçino ilk dəfə "Oskar” nominasiyasina namizəd olmuşdu, lakin o tədbiri boykotetmişdi. Buna səbəb isə Marlon Brandonun filmdə ifası az olsa da o ən yaxşıaktyor nominasiyasına, Al Paçino isə ikinci planda ən yaxşı aktyornominasiyasina layiq görülməsi idi. Paçino mükafatı almadığına görə öznövbəsində Brando da fiquru götürməkdən boyun qaçırdı. 1974-cü ildə Al Paçinoyenidən Maykl Korleone rolunda, "Xaç atası” filminin ikinci hissəsində rolaldı. Al Paçino üçüncü dəfə nominasiyaya namizəd oldu, lakin mükafat almadı.


Yaradıcılığında eniş…

1977-ci ildə Sidni Pollakin"Bobbo Derfild” (Bobby Deerfield) filmi Al Paçinonu "Qızıl Qlobus”a namizədgöstərsə də o, Riçard Bartona məğlub oldu.

Növbəti film "Qanun hər kəsüçün qanundu”(And Justice For All) dramı oldu. Aktyorun oyunu kino tənqidçiləritərəfindən tənqidlərə məruz qalsa da onun dördüncü dəfə "Oskar”a ən yaxşıaktyor nominasiyasında namizədliyi irəli sürüldü, lakin bu dəfə də tale onuDastin Hoffmana məğlub etdi. Hansı ki, Dastin Hoffmanın rol aldığı bu film,"Kramer Kramerə qarşı” (Kramer vs. Kramer), vaxtilə Al Paçinoya təklif olunsada o filmdə rol almaqdan imtina etmişdi. 80-cı illərin əvvəllərində aktyorunyaradıcılığında eniş dövrü oldu.

Yalnız 1983-cü ildə o filmkariyerasında böyük yer alan bir filmdə oynamağa dəvət aldı. Brayn de Palmaonun özünün "Çapıqlı üz” (Scarface) filmində narkobaron Toni Montana rolunutəsdiqlədi. İlk öncələr film çox tənqidə məruz qalsa da, sonradan ABŞkinoteatrlarından 45 milyon dollar qazandıra bilmişdi. Zaman keçdikcə Al Paçinobu filmin onun həyatında böyük rol oynadığını təsdiqlədi. Film "Qızıl Qlobus”nominasiyasına namizəd olmuşdu. Paçino bu dövrlərdə artıq teatra üz tutmuşdu vəonun kinoya qayıdışı 1989-cu ildə "Sevgi dənizi” (Sea of Love) filmi ilə baştutdu. 1990-cı ildə altıncı dəfə "Oskar” nominasiyasına Vorren Bittinin "DikTreysi” (Dick Tracy) filmindəki roluna görə namizəd görülmüşdü. Bu filmtamaşaçılar və tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılandı. Elə həmin il"Xaç atası” filminin üçüncü hissəsinə çəkilməklə öz həyatının personajınaqayıtdı. İlk iki film kimi bu filmi də uğur gözləyirdi. Lakin çəkiliş zamanıaktyorların bəziləri çəkilişə qədər artıq layihəni tərk etdiklərindən bir çoxçətinliklərlə üzləşdi bu film.

"Oskar” mükafatı

Nəhayət ki, Al Paçino 1992-ciildə "Qadın ətri” (Scent of a Woman) filmində oynadığı Frenk Sleyd roluna görəən yaxşı kişi aktyoru nominasiyasında "Oskar” mükafatını ala bildi.

Elə həmin il "Amerikalılar”(Glengarry Glen Ross) filmindəki ikinci planda ən yaxşı kişi rolunominasiyasına layiq görüldü və bununla da bir ildə iki nominasiyada oskaralayiq görülüb onlardan birinin laureatı olan kişi aktyoru olmağı bacardı.

1995-ci ildə aktyor rejissorMaykl Mannın "Mübarizə” (Heat) filmində ilk dəfə Robert De Niro ilə tərəfmüqabili oldular. Hər iki aktyor "Xaç atası” filmində müxtəlif epizodlardaikinci dərəcəli rollarla yer almışdılar. "Qadın ətri” (Scent of aWoman)filmindəki roluna görə "Oskar” aldıqdan sonra aktyor bir daha bu mükafatalayiq görülmədi. Buna baxmayaraq 2000-ci ildən başlayaraq 3 dəfə "Qızıl Qlobus”mükafatına layiq görüldü. Aktyor həmçinin özünü "Təbii ləkə” ( The LocalStigmatic), "Riçard üçün axtarış” ( Looking for Richard) filmlərində prodüserkimi sınadı.

Növbəti layihə 2004-cü ildə aktyoradördüncü "Qızıl Qlobus”u qazandırdı. Bu, vəkil rolunu aldığı "Amerikamələkləri” (HBO: Angels in America) miniseriali idi.

20 оktyabr 2006-cı ildə Al Paçino Amerika Kino İncəsənətiİnstitutunun 35-ci qalibi oldu. O həmçinin Stiven Soderberqin Corc Kluni, BredPitt, Mett Deymon, Endi Qarsia və bir çox məhşurların rol aldığı "Ouşenin 13dostu” (Ocean's Thirteen) filminde rol aldı. Film müsbət fikirlər aldı.

Tale Al Paçinonu 13 ildənsonra yenidən Robert De Niro ilə bir yerə gətirdi. Bu dəfə onlar "Ölüm haqqı”(Righteous Kill) filmində seriyalı qatil axtarışına çıxan detektiv rolunuoynadılar. Filmdə həmçinin 50 Cent də rol almışdı. Premyerası 2008-ci ildə baştutan film tamaşaçılar tərəfindən müsbət rəy almadı.

2010-cu ildə real hadisələrəəsaslanan "Sən Ceki tanımırsan” (You Don't Know Jack) filmində rol almağıaktyora ikinci "Emmi” və beşinci " Qızıl Qlobus” mükafatını qazandırdı. 2011-ciildə 70 yaşlı aktyor "Şedevr” filmində baş rolda, Fransız rəssam AnriMatissanın II Dünya Müharibəsi illərində həyatını canlandırması gözlənilir.Gözlənilən filmlərdən biri aktyorun Robert De Niro və Co Peşi ilə bir arayagələcək Martin Skorsezenin "İrlandiyalı” filmidi.

5 sentyabr 2011-ci ildə AlPaçino 68-ci Venesiya Kino Festivalında kino xidmətlərinə görə xüsusi mükafatalayiq görüldü.

Üç övlad atası Al Paçino heçvaxt evli olmasa da bir çox aktrisalarla sevgi macərası yaşayıb. Onlarınsırasında "Xaç atası” filmində tərəf müqabili olan Dayan Kiton da var idi.Onların sevgi macərası trilogiyanın ikinci hissəsinin çəkiliş müddəti qədərdavam etdi.

"Vaxt var idi, mən köşklərə"Şou biznes" adlı qəzet paylayırdım. Mənə nə qədər maaş verdikləriheç vaxt yadımdan çıxmaz: 12 dollar. Onluq və iki kağız dollar. Mən də on ikidənə 1 dollarlıq olsun deyə onluğu dərhal xırdalayırdım. Barda hesab ödəyirsən,barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları sayırsan və hamı eləfikirləşir ki, səndə pul tonladı.”