adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Avqust 2018 14:49
62010
DÜNYA

Kubanın əfsanəvi lideri Fidel Kastro

Bu gün məşhur inqilabçı, Kubanın prezidenti Fidel Castronun doğulduğu gündür.Adalet.az bu münasibətlə Fidel Castronun həyatı haqda yazını təqdim edir.

Kubanın sabiq lideri FidelCastro 90 yaşında vəfat edib. O, müasir dünyada hamıdan uzun müddətdəhakimiyyətdə olub. Birləşmiş Ştatlar ondan xilas olmağa çalışsalar da, FidelCastronun hakimiyyəti illərində 10 ABŞ prezidenti dəyişib. Tərəfdarlarının"Komandante" kimi müraciət etdikləri Fidel öz varlığı ilə Amerikayaxatırladıb ki, kommunizm bütün dünyada məğlubiyyətə uğrasa da, bəzi guşələrdə,lap elə onun qulağının dibində hələ də nəfəs alır. Fidel 1926-cı ildə varlımülkədar ailəsində anadan olmuşdu, lakin o, öz həyatı ilə əksəriyyəti yoxsulolan kubalıların həyatları arasındakı fərqdən elə sarsılıb ki, inqilabçıyaçevrilib və adı korrupsiya və bərabərsizliyin simvoluna dönmüş Batistanınrejiminə qarşı mübarizə aparıb.



Varlı pleyboylar üçünsığınacaq rolunu oynayan Kuba mütəşəkkil cinayətkar sindikatlar tərəfindənidarə olunur, adada fahişəlik, qumar biznesi və narkotik maddə ticarətiçiçəklənirdi. Fidel Castro bir qrup inqilabçı ilə birlikdə Sierra-Maestradağlarında yerləşən bazadan klassik partizan kampaniyası aparıb. 1959-cu ilyanvarın 2-də üsyançıların ordusu Havananı zəbt edib. Batista qaçıb.

Kubada argentinalı Ernesto CheGuevaranın da daxil olduğu yeni hökumət təşkil edilib. Hakimiyyət torpağı xalqaqaytarmağı və yoxsulların hüquqlarını qorumağı vəd edib.



Şərqə təkan

Fidel israr edirdi ki, onunideologiyası ilk növbədə Kuba iodeologiyasıdır. "Bu nə kommunizm, nə dəmarksizmdir. Fidel Catsro 1953-cü ildə həbs olunmuşdu.Bu, planlı iqtisadiyyatşəraitində təmsilçi demokratiya və sosial ədalətdir" deyirdi Castro həmingünlərdə. Tezliklə Fideli ABŞ prezidenti Dwight Eisenhower sıxışdırmağa başladıvə Kuba lideri sonralar bildirirdi ki, o, Sovet İttifaqının və onun rəhbəriNikita Xruşşovun himayəsinə sığınmağa məcbur olub. Kuba Soyuq müharibəninmeydanına çevrilmişdi. 1961-ci ilin aprelində ABŞ Castro rejimini "Azadlıqadası"nı daha əvvəllər tərk etmiş Kuba qaçqınları ordusunun əli ilədevirməyə çalışdı. Lakin Kuba ordusu Donuzlar körfəzindən edilən müdaxilənin qarşısınıaldı. Bir çox insanlar həlak oldu, minədək kubalı əsir düşdü. Beləliklə Fidelsuperdövlətin qulağının dibinə bir sillə vurmuş oldu. Superdövlət bu silləniheç vaxt bağışlamadı.



Bir il sonra Amerikakəşfiyyatı Kubada sovet raketlərinin yerləşdirilməsinə dair gizli planlarınüstünü açdı. Dünya nüvə müharibəsinin kandarında idi. Bu hadisə tarixə"Karib böhranı" adı ilə daxil olub.



Fidel Castro və Ernesto CheGuevara Meksikada tanış oldular.

"Həbsxanaya çevrilmiş buadada hücum raketlərinin yerləşdirilməsi üçün meydançalar hazırlanıb, - deyirdio vaxt ABŞ prezidenti John Kennedy, - bu bazaların yeganə məqsədi Qərbyarımkürəsinə nüvə zərbəsi endirmək ola bilər".

ABŞ və SSRİ sərt qarşıdurmavəziyyətində idilər və böhran onunla başa çatdı ki, Xruşşov raketləri Kubadançıxartdı. Lakin bunun müqabilində, məxfi şəkildə amerikalılar da bəzi silahlarıTürkiyədən çıxarmalı oldular.

Afrika və yenidənqurma

Buna baxmayaraq, Fidel CastroAmerikanın bir nömrəli düşməninə çevrilmişdi. Mərkəzi Kəşfiyyat İdarəsi onaqarşı müxtəlif sui-qəsd planları hazırlamışdı. Bunların arasında xüsusi siqarda vardı. Bu siqar komandante onu alışdıran kimi partlamalı idi. Başqa planlarda müzakirə edilirdi. Bunlardan birinə görə Fidelin saqqalı qopub düşməli, onugülüş obyektinə çevirməli idi. Öz növbəsində Sovet İttifaqı Kubanı pulatutmuşdu. SSRİ adada yetişdirilən şəkər qamışının böyük hissəsini alırdı. ƏvəzindəHavana limanına gələn sovet gəmiləri amerikalıların sərt embarqosu altındayaşayan kubalılar üçün müxtəlif mallar gətirirdilər.



Moskvadan asılı olmasınabaxmayaraq, Fidel o vaxtlar yaranmağa başlamış "bloklara qoşulmayanölkələr hərəkatı"na liderlik edirdi. Afrikada gedən çoxsaylı münaqişələrdəisə Kuba bir qayda olaraq tərəflərdən birini dəstəkləyirdi. Məsələn o, özəsgərlərini Anqola və Mozambikin marksist rejimlərini qorumaq üçün göndərirdi. Dahasonra isə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma zəmanəsi başlandı. Komandantevə onun inqilabı üçün bunlar fəlakətin carçıları idi. Moskva Kubadan şəkərqamışı almağı və əslində faktiki olaraq onun iqtisadiyyatına dəstəyidayandırmışdı. Amerika embarqosu hələ də qüvvədə idi və Sovet İttifaqındangələn köməyin kəsilməsi nəticəsində adada hətta ən adi malların qıtlığıbaşlanmışdı. Kuba mağazalarının piştaxtaları boş idi. Növbələr uzanır, səbirkasası daşırdı.



Didərginlik

Beləliklə, Fidel Castronundünyanın ən inkişaf etmiş ölkəsi adlandırdığı Kuba əslində qatır arabalarınınzəmanəsinə qayıtmışdı.



1990-cı illərin ortalarınayaxın belə vəziyyət kubalıların əksəriyyətini boğaza yığmışdı. Minlərlə kubalıFlorida sahillərinə çatmaq üçün sınıq-salxaq qayıqlarda dənizə çıxırdılar.



Onların çoxları okeandaboğulurdu və bu özlüyündə komandantenin hakimiyyətinə etimadsızlığıngöstəricisi idi. Lakin hətta belə vaxtlarda da kommunist rejimi qələbələrçalırdı. Anası Florida sahillərində batmış gəmidə həlak olan Elian Gonsalesuzun sürən çəkişmələrdən sonra Havanaya qayıtmışdı. Bu prosesdə onun həm Kuba,həm də ABŞ-ın Miami ştatındakı qohumları iştirak edirdilər. Fidel daxilicəbhədə də az uğurlar qazanmırdı. Gözəl Kuba səhiyyəsi yenə də havayı xidmətgöstərirdi.



Uşaq ölümlərinin səviyyəsinəgörə Kubanın göstəriciləri bir çox inkişaf etmiş ölkələri geridə qoyurdu. 20 və21-ci əsrin hüdudlarında komandante mövqeyini bir qədər yumşaltmışdı. 1998-ciildə Roma papası II John Paul Kubaya tarixi səfər etmişdi. Həmin hadisədənbeşcə il əvvəl belə bir şey heç ağla da gəlməzdi.


Fidel Castro az qala 50 il ərzində ölkəni idarə edib. Müqəddəs ata səfər zamanıKuba hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid etmiş, Fideli dünyamətbuatı qarşısında qibtəolunmaz vəziyyətə salmışdı.



Biz "Fidel" deyəndə...

Lakin özünün bütün aşkaruğursuzluqlarına baxmayaraq, Fidel Castro Karib kommunizminin təkrarsızbrendini yarada bilmişdi. İnqilabın ölməsinə imkan verməmək üçün adadayavaş-yavaş da olsa, bazar iqtisadiyyatı islahatlarına başlanmışdı. Və o,ömrünün sonunadək Vaşinqton üçün göz dağı olaraq qala bildi. Məsələn, Fidelneftlə zəngin Venesuela ilə saziş bağlamışdı. Bu ölkənin prezidenti Hugo ChavezKuba liderinin yaxın dostu idi və Amerikanı ən böyük günahlarda ittiham edir,ən görkəmli antikastro dissidentlərindən birinin Kubaya ekstradisiya edilməsinəçağırırdı. Fidelin səhhəti və bununla əlaqədar onun varisi ilə bağlı şaiyələr2004-cü ildən başlanmışdı.



Həmin vaxt komandanteyıxılmış, diz qapağını və əlini sındırmışdı. Adı çəkilən varislərin arasındaFidelin qardaşı Raul da vardı. 2006-cı il, iyulun 31-də təcili cərrahiyyəəməliyyatından əvvəl Fidel Castro hakimiyyəti qardaşına təhvil verdi.

Bütün bu hadisələr zamanı Kubahakimiyyət orqanları Fidelin ağır xərçəng xəstəliyinə tutulduğu barədəiddiaları qızğın şəkildə rədd edirdi.



2007-ci ilin fevralında Raulelan etdi ki, prezidentin durumu yaxşılaşır. Buna baxmayaraq, bir il sonraMilli Assambleyanın iclasında Fidel elan etdi ki, ölkənin və silahlı qüvvələrinbaşçısı postunda qalmaq istəmir.

"Mən hərəkilik və tamqüvvə tələb edən səlahiyyətləri öz üzərimə götürsəydim, vicdanımın xilafınagetmiş olardım" - yazırdı komandante rəsmi Kuba qəzetində dərc edilmişnaməsində.

Fidel Castro sonuncu dəfəictimaiyyət qarşısına avqust ayında 90 illik yubileyi münasibətilə təşkilolunmuş tədbirdə çıxıb.

Bir çox kubalılar Fideliaçıq-aşkar xoşlamasa da, onu səmimi-qəlbdən sevənlər də az deyildi.

Ona pərəstiş edənlər"yankilərin təcavüzünə" sinə gərən Castronu Ameirka Qoliafına qarşıdöyüşən Davidə bənzədirdilər. Belələri üçün Fidel və Kuba ayrılmaz anlayışlaridi.

Oğuz Ayvaz