adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Fevral 2018 10:37
16770
SİYASƏT

KSENİYA SOBÇAK ƏN VARLI NAMİZƏD OLDU

Rusiya Mərkəzi Seçki Komissiyası ölkəprezidentliyinə namizədlərin qeydiyyatını başa çatdırıb. Bu ilki prezidentseçkilərində hələlik ilk yenilik qeydiyyat mərhələsində baş verib. SənədləriniMSK-ya təqdim edən 8 namizədin hamısı qeydə alınıb. Martın 18-də keçiriləcəkseçkilərdə ölkə kommunistləri iki namizədlə iştirak edəcək. Ənənəvi RusiyaKommunist Partiyasının namizədi Pavel Qrudinindir. Görünür, G. Züqanov namizədliyiniverməkdən yorulduğu üçün nəticəsi əvvəlcədən heç kimdə şübhə doğurmayan seçkimarafonuna qoşulmayıb. Ondan fərqli olaraqliberal demokratların lideri V. Jirinovskinin və "Yabloko”nun başçısı Q.Yavlinskinin enerjiləri hələ tam tükənmədiyi üçün yenə də qaydasız döyüşüniştirakçısı olmağa qərar veriblər. Yeri gəlmişkən, kommunist və liberal-demokratpartiyaları parlamentdə təmsil olunduqları üçün onların namizədləri imzatoplamadan qeydiyyata alınıblar.

Parlamentdə təmsil olunmayan siyasipartiyaların namizədləri isə qanuna görə 100 min imza toplamalıydılar. Bukateqoriyaya Q. Yavlinskidən başqa "Vətəndaş təşəbbüsləri” partiyasının namizədiKseniya Sobçak, "Rusiya Komunistləri” partiyasının namizədi Maksim Suraykin,Rusiya ümümxalq İttifaqı”nın namizədi Sergey Baburin, "Yüksəliş Partiyası”nınnamizədi Boris Titov daxil idilər. Seçkilərə yalnız hazırkı prezident V. Putinmüstəqil namizəd kimi qatılıb. Onu digərnamizədlərdən fərqləndirən başlıca keyfiyyəti təkcə müstəqil namizədlər üçün300 min imza toplamaq lazım gəldiyini bilə-bilə halalca partiyasının namizədiolmaqdan imtina edərək özünü belə bir ağır riskin altına atmasıdeyil. Putin digəropponetlərindən ("opponent” kəlməsi bir az yekə çıxdı, deyəsən)daha çox onunlafərqlənir ki, o, prezident olmaq uğrunda mübarizə aparan, daha doğrusu, adınıbülletenə salan yeganə namizəddir. Qalan namizədlərin hamısı bu marafon-şouya yaöz şəxsi piarları, ya partiyalarının gələcək reytinqi, ya da xüsusi tapşırıqlaqoşulublar. Amma kommunist partiyasının namizədi P. Qrudininin sovxoz direktoruolması adamın qəlbinə azacıq da olsa şübhə toxumu səpir. Ortada Lukaşenko nümunəsivar, axı.

Hələ, K. Sobçakı demirik. Sən demə, 8 namizədinən varlısı seçkinin bu qızğın çağında işini-gücünü atıb, ABŞ-a səfərə gedən (görəsən niyə?) bu xanım imiş. 400 milyon rubllıq sərvətlə. Nəzərə alsaq ki, seçki yarışı həm də puldur, bir azbaşqa cür desək, pul həm də səsdir, onda Putinin özünü sığortalaması üçün ənazı üç-dörd görüş keçirməsinə, heç olmasa bir falçı və bir astroloqla məsləhətləşmələraparmasına ehtiyac olacağını elə indidən proqnozlaşdırmaq olar.

NAMİZƏDLƏRİN VAR-DÖVLƏTİ

ARALARINDA EVSİZ-EŞİKSİZLƏR DƏ VAR

(Çoxu rəqəmlərdir, rusca da başa düşülər. Birdəki pulun və var-dövlətin dili-filanı olmaz)