adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Oktyabr 2018 14:51
11615
DÜNYA

Krımdakı terrorda ölü sayı 20-yə çatıb

Krımın Kerç şəhərindəki texnikumda baş verən terror hücumu zamanı ölənlərin sayı 20 nəfərə çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyatını itirənlərdən 15-i tələbə, 5 nəfər texnikumun əməkdaşı olub. Yaralıların sayı isə 50 nəfərə yaxındır. Onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, ötən gün Krımın Kerç şəhərindəki texnikumda terror aktı baş verib. Qanlı olay texnikumun tələbəsi Vladislav Roslyakov tərəfindən törədilib.