adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Sentyabr 2018 10:07
12686
DÜNYA

KREML LDP VƏ KP-nı CƏZALANDIRMAQ İSTƏYİR

«Vedomosti» qəzetimənbələrinə istinadən bildirir ki, RusiyanınXabarovsk, Primorsk və Vladimirovski vilayətlərində keçirilən qubernatorseçkilərinin nəticələrinə görə Liberal Demokratik və Kommunist Partiyalarını cəzalandırmağıplanlaşdırır.

«Onlar qırmızı xəttikeçirlər. Artıq müxalifət kimi deyil, hakimiyyətin taleyini bölüşdürmək səviyyəsinəçatıblar» - deyə prezident administrasiyasınayaxın mənbə bildirib.

Qəzetin məlumatına əsasən Vladimirski və Xabarovsk vilayətlərində bütün hazırlıqlaragörə «Yedinaya Rossiya» partiyasının namizədləri qalib gəlməliydilər. Lakin hər iki vilayətdəböyük səs çoxluğu ilə Liberal Demokrat Partiyasının namizədləri qalib gəliblər.Xakasiyada da Kremlin bütün səylərinə baxmayaraq,Kommunist Partiyasının namizədi qalib gəlsə də, «çoxsaylı qanun pozuntusuna» yolverilməsi bəhanəsi ilə seçkilərin nəticələriləğv olunub.