adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Aprel 2020 10:45
10696
SAĞLAMLIQ

Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

Dünyada koronavirusa (SARS-CoV-2) yoluxan xəstələrinsayı hər keçən gün ərzində eksponensial şəkildə sürətlə artır. Con Hopkins Universitetinin dünən (31mart 2020-ci il) açıqladığı məlumatda buvirusa yoluxanların sayının artıq 800.000 nəfərdən çox olduğu bildirildi (www.coronavirus.jhu.edu).

Təbii ki, müxtəliftipli ürək-damar və hipertonik xəstəliklərinindaşıyıcıları olan insanlar kimi, onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələrkoronavirusun bu artım dinamikasından çoxnarahatdırlar və pandemiyadan maksimum qorunmaq üçün tez-tez bu viralinfeksiyanın onların xəstəliyinə təsiri haqqında müxtəlif suallar verirlər.

Bunları nəzərə alaraq, onkoloji xəstələrin məlumatlandırılması məqsədilə,onlar tərəfindən ən çox verilən suallara aydınlıq gətirmək istədik. Burada verəcəyimizməsləhətlər, həm dünyanın öndə gedən beynəlxalqonkoloji cəmiyyətlərinin bugünkü tibbi elmi məlumatları əsasında MilliOnkologiya Mərkəzi (MOM) və AFR-in Frankfurt Universiteti xəstəxanasınınonkoloji xəstələrə verdiyi tövsiyələrə, həm də praktik kliniki təcrübələrə əsaslanır.

Xəstəliyin pandemik xarakter daşıması vəartıq hər birimizin həyatına sirayət etməsi, vətəndaşlarımızın bu xəstəlik haqqındamüxtəlif informasiya vasitələrindən məlumat əldə etməsinə səbəb olmuşdur.Əvvəlcə qısa da olsa qeyd edək ki, COVID-19 (Coronavirus Disease 2019) yeni əmələgəlmiş infeksion xəstəlikdir və bu xəstəliyin törədicisi olan koronavirus (SARS-CoV-2)damcı yolu ilə insandan insana yoluxa bilir. Bu respirator virus yüksəkkontagiozluğa (yoluxdurma qabiliyyətinə) sahib olub, 2 metrdən az məsafədə olandigər insanlara rahat şəkildə yoluxa bilir. Xəstəliyin inkubasiya dövrü, yəniyoluxduqdan ilk klinik əlamətlərin meydana çıxmasına kimi keçən vaxt, təxminən14 gündür, ortalama isə 6-7 gün çəkir(Li Q. et al. N Engl J Med. 2020).

COVID-19 xəstəliyinin əlamətləriadi bildiyimiz qrip virusu simptomlarına çox bənzəyir. Beləki, bir qrup insanlarda çox yüngül formada keçdiyi halda, digərlərində daha ağırfəsadlara səbəb olur. Bu əlamətlərə burun axması, ümumi halsızlıq, öskürək, bəlğəmgəlməsi, temperaturun qalxması və təngnəfəslik aiddir. Ağır formalarda isə,virus aşagı tənəffüs sisteminin, xüsusən ağciyərlərin iltihabına səbəb olaraq,pnevmoniya və kəskin ağciyər çatışmazlığı kimi ağırlaşmalara gətirib çıxarabilir. Xəstəliyin diaqnozunun, burun-bogaz yaxması və ya bəlğəmdə virusunlabarotoriyada PCR (Polymerase chain reaction)- Polimeraz zəncirvarireaksiya metodu ilə təsdiqi mümkündür. COVID-19-un xüsusən yaşlı, onkoloji, xroniki ürək, ağciyərvə metabolik xəstəliyi olan insanlarda ağır gedişatını izləyirik.

Aşağıda onkoloji xəstələr tərəfindən bizə sıx-sıx ünvanlandırılan birsıra suallara aydınlıq gətirməyə çalışacağıq:

1.Koronaviruspandemiyası dövründə onkoloji xəstələr yoluxmanın qarşısını almaq üçün hansı tədbirlərgörməlidirlər?

- İlkin olaraq onu qeyd edək ki, onkoloji xəstələrin Milli OnkologiyaMərkəzi (MOM) və AFR-in Frankfurt Universitetixəstəxanasıkimi beynəlxalq və yerli səhiyyə strukturlarının verdiyi məsləhətlərə və profilaktiktədbirlərə ciddi şəkildə əməl etmələri tövsiyə olunur. Onkoloji xəstələr, xüsusənimmun suppresiv müalicələr aldıqları müddətdə, karantin rejiminə ciddi riayətedərək mümkün qədər ev şəraitindəizolyasiya olunmalıdırlar.

Bundanəlavə, planlı olan cərrahi əməliyyatlar mümkün qədər təxirə salınmalıdır. Kimyaterapiya alan xəstələrdə yüksək temperatur izlənirsə, bu zaman qanda olan ağqan hüceyrələrinin miqdarı və C-reaktiv zülal (CRP) səviyyəsi yoxlanılmalıdır.Əgər ağ qan hüceyrələrinin, xüsusən leykositlərin göstəriciləri norma daxilindədirsə,lakin CRP səviyyəsində yüksəlişgörünürsə, onda böyük ehtimalla yüksəlmiş temperaturun səbəbi viralinfeksiadır ki, o zaman COVID-19 testi verilməli və test nəticəsi məlum olanakimi xəstə izolyasiya olunmalıdır. Test nəticəsi müsbət çıxan xəstələr dərhalCOVID-19 üçün nəzərdə tutulmuş xəstəxanalara köçürülməlidir ki, onkoloji mərkəzlərdəmüalicə alan digər xəstələrinkoronavirusa yoluxmasının qarşısı alınsın.

Xəstəliyinilkin əlamətləri ortaya çıxdıqda, xəstə telefon vasitəsilə həkimi və ya klinikailə əlaqə saxlayıb, görüləcək tədbirlər haqqında məlumat ala bilər. Bu zaman adi gigiyenik tədbirlərə diqqət edilməlidir. Buraya, əsasən, əllərin davamlı şəkildə dezinfeksiya olunması,qoruyucu maskaların taxılması, xəstəliyə yoluxmuş insanlardan və insanların çoxtoplandığı mühitlərdən uzaq durmaq və sosial əlaqələri mümkün qədər məhdudlaşdırmaqaiddir. Əgər onkoloji xəstələrdə paralel olaraq şəkərli diabet, arterialhipertoniya (yüksək təzyiq), ağciyər xəstəlikləri də mövcuddursa, bu halda xəstəliklərinklinik və laboratoriya göstəricilərinin dərmanlarla norma daxilində saxlanılmasınanəzarət edilməlidir. Bundan başqa, qida qəbuluna diqqət yetirilməli, xüsusilə dəəgər D vitamini və dəmir çatışmazlığı varsa, dərman şəklində qəbul edilərəkkorreksiya edilməlidir. Gün ərzində xəstələrin hərəkətliliyi məhdudlaşmamalı,mümkün qədər yüngül idman növü ilə məşğul olmalı, ev şəraitində yüngülfizioterapiya və tənəffüs məşqləri edilməlidir. Siqareti tərgitməyin onkoloji xəstələrüzərində müsbət effektivliyi artıq dəfələrlə aparılan elmi araşdırmalarla sübutolunub. Xüsusilə, COVID-19 kimi yuxarı tənəffüs yollarının infeksiyası zamanı,siqaret çəkmək xüsusi risk faktoru rolunu oynayaraq, tərkibindəki nikotin tipli100-dən artıq zərərli maddə tənəffüs yollarının normal funksiyasının pozulmasınagətirib çıxarır. Bu da tənəffüs yollarında müxtəlif mikroorqanizmlər tərəfindənxəstəliklərin əmələ gəlməsinə münbit şərait yaradır.

2. Onkoloji xəstələrinkoronavirusa yoluxaraq COVID-19 xəstəliyini daha ağır formada keçirmə ehtimalıyüksəkdirmi?

- Ümumiyyətlə, yuxarı tənəffüs yollarının digər bilinən respiratorvirusları da, sağlam insanlarla müqayisədəonkoloji xəstələrdə daha sıx-sıx ağırlaşmalar verərək, pnevmoniyalara və ölüməsəbəb olur. Buna səbəb isə onkoloji xəstələrdə immun sistemi komponentlərinininfeksiya zamanı zəif mobilizasiyaolmasıdır. COVID-19 xəstəliyi yeni olduğundan, onkoloji xəstələrin koronavirusayoluxma ehtimalının yüksək olduğu araşdırmalarla hələ ki təsdiqlənməsə də, beləbir ehtimal ekspertlər tərəfindən istisna edilmir.

Bir çox beynəlxalq onkoloji cəmiyyətlər,bilinən digər respirator viruslar üzərində olan təcrübələrə əsaslanaraq, xüsusənimmun sistemi zəif olan xəstələri risk qrupuna aid edirlər.

Bu kateqoriyaya asağıdakı xəstəliklər vərisk faktorları aiddir:

- 65 yaşdan yuxarı yaş qrupu;

- paralel mövcud olan xroniki ürək-damar,ağciyər və metabolik xəstəliklər (arterial hipertoniya, şəkərli diabet, ağciyərlərinxroniki obstruktiv xəstəliyi və s.);

- leykositopeniya (qandaleykositlərin azlığı);

- qanda aşağı immunqlobulin göstəriciləri;

- uzunmüddətli immun suppresiv dərmanlarınqəbulu (steriod ve antitellərin qəbulu);

- hematoloji xərçənglər(leykemiya, limfoma və s.);

- allogen kök hüceyrətransplantasiyası zamanı neytropeniya fazası;

- anadangəlmə immun defekti.

Yuxarıda sadalanan riskfaktorlarını daşıyan onkoloji xəstələrin xüsusilə virusdan qorunma tədbirlərinədaha diqqətlə əməl etməsi tövsiyə olunur.

3. Xəstələrin qəbuletdikləri onkoloji müalicələr (kimya, şüa, immun, hormon və s. terapiyalar) COVID-19pandemiyası ərəfəsində təxirə salınmalıdırmı?

-Sitostatik müalicələrin başlanması, davametdirilməsi və ya dəyişdirilməsi, hər bir xəstə üçün individual və situativ olaraqmüəyyən olunmalıdır. Bu zaman qəbul olunan kimyəvi preparatların onkoloji effektivliyivə əlavə təsirləri xüsusi nəzərə alınmalıdır. Onkoloji xəstələrin koronavirusayoluxma ehtimalı, onların həyat tərzindən və sosial əlaqələrindən asılıdır. Yüksəkproliferatif onkoloji xəstəliklərdə, təxirəsalınmaz kimya terapiyalarınaparılması, virusla yoluxaraq xəstələnmə ehtimalından daha yüksək tutulmalıdır. Müalicə etmədikdə nəzarətsiz halda qalan yüksək proliferatif xüsusiyyətəmalik xərçəng hüceyrələri, insanın immun sistemini daha da zəiflədir. Bu isənəinki koronavirus, hətta digər adi opportunistik mikroorqanizmlərin törətdiyisistemik infeksiyadan da ölümə gətirib çıxara bilər.Lakin bir qisimxroniki və yaxşı nəzarət oluna bilən onkoloji xəstəliklərdə isə verilən kimyaterapiyaların pandemiya dövründə təxirə salınmasına göstərişverilə bilər. Bu cür məsuliyyətli qərarlar hər bir onkoloji xəstə üçün bir neçəklinik kriteriyalar nəzərdə tutularaq, individual şəkildə alınmalıdır. Qərarzamanı nəzərə alınacaq kriteriyalara isə müalicənin məqsədi (kurativ və yapalliativ), müalicənin immun suppresivlik dərəcəsi (yüksək və ya aşağı), xəstəliyinfazası (kəskin və ya xroniki), xəstəliyin residiv verməsi, yəni yenidən əmələ gəlməehtimalı (aşağı və ya yüksək), xəstənin koronavirusa yoluxma ehtimalı (aşağı vəya yüksək) və xəstədə paralel digər xəstəliklərin və risk faktorlarının mövcudluğuaiddir. Koronavirusa yoluxma halında isə onkoloji xəstələrin də müalicəsi əsasənsimptomatik, bəzi hallarda isə antiviral preparatların (məs. proteazainhibitorları) tətbiqi ilə aparılır.

Kəskin ağciyər çatışmazlığı kimi ağırlaşmahallarında isə xəstəliyin müalicəsi intensiv terapiya və reanimasiya şöbələrindədavam etdirilir. Koronavirusa yoluxmuş onkoloji xəstələrdə kimya və ya digərsitostatik terapiyaların davam etdirilməsi isə ancaq xəstələrin tam sağalmasındansonra onkoloqun və infeksionistin birlikdə aldığı qərar əsasında olmalıdır.

Burada bir vacib məqamı hökmən nəzərə almaq gərəkdir. Müasir dövrdə bəzixəstələrə kimya və şüa terapiyası ambulator şəraitdə aparılır. Lakin indikikoronovirus karantini dövründə onların pandemiyaya yoluxmaq və digər xəstələriyoluxdurmaq riski daha çox olur. Onagörə də təxirəsalınmaz kimya və şüa terapiyası hökmən xəstəxanada stasionarşəraitdə aparılmalıdır ki, onkoloji xəstə əlavə olaraq COVID-19 xəstəliyinindaşıyıcısına və ötürücüsünə çevrilməsin.

4. Onkoloji cərrahi əməliyyatlarınCOVID-19 pandemiyası dövründə aparılması mümkündürmü? Yaxud nəzərdə tutulmuşonkoloji cərrahi əməliyyatlar kimya və ya şüa terapiyası ilə əvəz oluna bilərmi?

-Cərrahi əməliyyatların təxirəsalınmasına ancaq o hallarda göstəriş verilə bilər ki, bu xəstələrin ümumi yaşamamüddətinə və xəstəliyin residiv verməsinə təsiri olmasın. Çünki çox hallarda cərrahi müalicənin onkoloji effektivliyi kimyavə ya şüa terapiyası tərəfindən əvəz edilə bilməz. İstisna hal olaraq isə əgər xəstədəəməliyyatdan öncə artıq COVID-19 əlamətləri müşahidə olunursa, bu təqdirdə ilköncə onun müşahidəsi və müalicəsi aparılmalıdır.

5. Onkoloji xəstələrə koronaviruspandemiyası zamanı qan köçürülməsi mümkündürmü?

-Koronavirusun qan ilə keçdiyinə dair bugünə kimi elmi məlumatlar yoxdur. Həm COVID-19 xəstələrinin, həm də bu xəstələrləson günlərdə təmasda olmuş şəxslərin donor olaraq qan verməsinə icazə verilmir.Almaniyanın Robert-Koch-İnstitutunun ekspertləri qan köçürmələrində COVID-19yoluxması üçün hər hansı bir risk görmürlər.

Yekunda qeyd etmək lazımdır ki, virusa yoluxma qorxusuonkoloji xəstələrxərçəng kimi ciddi xəstəliklərin müalicə vəmübarizəsinə mane olmamalıdır. Vaxtinda effektiv müalicə alan onkoloji xəstələr,müalicəsini vaxtında almayan onkoloji xəstələrlə müqayisədə, daha az infeksionxəstəliklərə tutulurlar. Hər bironkoloji xəstə üçün nəzərdə tutulmuş müalicə prosedurlarının təxirə salınmasıancaq o halda həyata keçirilə bilər ki, nəzərdə tutulmuş onkoloji müalicənineffektivliyində azalma gözlənilməsin. Müalicənintəxirə salınması mümkün olmayan hallarda isə, xəstələrin onkoloji müalicəsikoronavirusa qarşı ciddi profilaktik tədbirlərin çərçivəsində aparılmalıdır. Təbiiki, bu cür məsuliyyətli qərarların alınması və müalicələrin aparılması, eksperthəkimlər tərəfindən ciddi nəzarət altında yerinə yetirilməlidir.

Akademik Cəmil ƏLİYEV,

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Başdirektoru

Xəyal QASIMLI,

AFR-inFrankfurt Universitetinin onkoginekologiya şöbəsinin əməkdaşı,

tibb elmləridoktoru