adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
30 Iyun 2020 21:34
15989
İDMAN

Koronavirusa yoluxmuş məşhur tennisçi təkrar testdən keçməkdən imtina etdi

Dünyanın bir nömrəli raketka ustası, serbiyalı Novak Cokoviçtəkrar koronavirus testi verməkdən imtina edib.

Xəbəri B92.net saytı yayıb.

N.Cokoviç Xorvatiyada təşkil edilən "Adria Tour” tennis turnirində pandemiyaya yoluxmuşdu. Məlumata görə, onun xanımı Yelenada da COVID-19 aşkarlanıb.

Həkimlərin məsləhəti ilə N.Cokoviç beş gün sonra yenidən COVID-19 testindən keçməli idi, lakin məşhur tennisçi xəstəliyin asimptomatik keçdiyini əsas gətirərək, ikinci dəfə analiz verməyin mənasız olduğunu bildirib.