Koronavirus bu ölkədə “milli faciə” elan edildi
İndoneziya Prezidenti Coko Vidodo koronavirusla mübarizə çərçivəsində hökumətin səlahiyyətlərini genişləndirib və COVID-19 pandemiyasını "milli faciə” elan edib.
Xəbəri "Jakarta Post” nəşri dərc edib.
İndoneziyada Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyin rəhbəri Doni Monardo bildirib ki, genişləndirilmiş səlahiyyətlər xüsusən miqrasiya, gömrük və maliyyə sahələrində çalışan şəxslərin işini sadələşdirəcək.
Qeyd edək ki, İndoneziya koronavirusla mübarizədə qeyri-adi vasitələrdən istifadə edir. Buna misal olaraq, insanları evdənçıxmaqdan çəkindirmək üçün küçələrdə kəfən geyinmiş, üzləri ağ rəngə boyanmış "ruhlar”ın gəzməsini qeyd etmək olar.
Bu üsul polislərlə könüllülərin işbirliyi nəticəsində həyata keçirilir.
Digər Xəbərlər
05 May 2024 19:51
Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi
05 May 2024 15:02“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 09:55Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45