Koronavirus ayaqqabı ilə evə daxil ola bilər?
Koronavirus ayaqqabının altında evə daxil ola bilər. Buna görə də, evə girən kimi dərhal ayaqqabıları çıxarmaq lazımdır.
Bu barədə "Channel 4” telekanalında danışılıb.
Verilişin qonaqları - təcili tibbi yardım həkimi Cavid Abdelmoneim və virusoloq Liza Kross pandemiya dövründə insanlara evdən çıxarkən geyinməyə yalnız bir cüt ayaqqabı seçmələrini tövsiyə ediblər.
Onlar, eyni zamanda, ayaqqabını hər zaman dəhlizdə eyni yerdə, yaşayış sahəsindən kənarda çıxarmağı məsləhət görüblər.
"Bəzi ayaqqabıların rezin altlığı virusun onun üzərində beş günə qədər yaşamasına şərait yaradır”, - deyən mütəxəssislər çöldə geyinilən üst geyimlərin evə gələndə yuyulması lazım olduğunu da qeyd ediblər. Onlar bunu virusun parça səthində 24 saata qədər yaşaması ilə izah edirlər.
Digər Xəbərlər
05 May 2024 15:30
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
04 May 2024 15:56Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir
03 May 2024 16:07Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18