Koreyanın Azərbaycandakı səfiri Bərdəyə səfər edib
Cənubi Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in bu gün Bərdə rayonuna səfər edib.
Adalet.az-ın Qarabağ müxbiri xəbər verir ki, səfir Bərdə Rayon İcra Hakimiyyətində rəhbərliklə görüşdükdən sonra rayon ərazisində yeni salınmış məcburi köçkün şəhərciyində sakinlərlə və məktəblilərlə tanış olub.
Səfərin əsas məqsədi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə məcburi köçkün uşaqlarla görüşməkdən ibarətdir.
Diplomat ölkəsinin tanınmış şirkətlərinin orada məskunlaşan uşaqlara göndərdiyi hədiyyələri sahiblərinə təqdim edib.
Səfir Tərtər çayı boyunca uzanan bulvarı gəzib və ətrafdakı tarixi abidələri ziyarət edib.
Digər Xəbərlər
29 Aprel 2024 15:05
Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi - FOTOLAR + YENİLƏNİB
29 Aprel 2024 14:33COP29 ərəfəsində Azərbaycan-Almaniya görüşləri - ŞƏRH
29 Aprel 2024 13:38