“Kopenhagen”də ciddi itki – “Qarabağ”la oyunları buraxacaq
"Kopenhagen”Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ”la oyun öncəsi ciddi itki ilə üzləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın mərkəz müdafiəçisi Erik Yohansson dünən ölkə çempionatında "Horsens”lə matçda (1:1) zədə alıb.Bugünkü tibbi müayinədən sonra onun diz bağlarının qırıldığı, 28 yaşlı isveçli futbolçunun 2017-ci ildə "Qarabağ”la oyunlar da daxil bir daha komandasına kömək edə bilməyəcəyi qeyd edilib.
Komandanın baş məşqçisi Steyl Solbakken bu hadisədən təəssüfləndiyini, Yohanssonun yoxluğunun onlar üçün problem yaradacağını deyib.
Erik Yohansson özüisə bildirib: "Çox təəssüf ki, vacib oyunlarda komandama kömək edə bilməyəcəyəm. Amma komandamızın mən olmadan da yaxşı çıxış edəcəyinə inanıram. İndi mən başımı dik tutmalı, zədəmi sağaldıb mümkün olan ən tez zamanda komandamın düşərgəsinə qoşulmalıyam".
Xatırladaq ki, "Qarabağ"la "Kopenhagen" arasında ilk oyun avqustun 15-də Bakıda, cavab matçı avqustun 23-ü Danimarkada keçiriləcək.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00