adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 May 2020 16:12
12680
MƏMLƏKƏT

“Könüllü Qəhrəmanların Toplantısı” baş tutub

12 may 2020-ci il tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin(AKƏM) fəaliyyətinə qoşulan könüllülərin, AKƏM katibliyinin, təsisçi könüllülərtəşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə video-konfransformatında "Könüllü qəhrəmanların toplantısı” adlı görüş keçirilib. Görüşdərespublikanın şəhər və rayonlarında fəaliyyətdə olan 300-ə yaxın könüllüiştirak edib.

Görüş zamanı könüllülər gördükləri işlər barədə məlumat verib, fəaliyyətinsəmərəsinin daha da artırılması üzrə, habelə post-pandemiya dövründə fəaliyyətləbağlı təkliflərini bildiriblər. Aprel ayı ərzində xüsusi fəallığı ilə seçilən və"Ayın könüllüsü” nominasiyasında mükafata layiq görülən 21 nəfər könüllününadları elan edilib.

Bu formatlı görüşlərin davamlı olaraq keçirilməsi və könüllülərlə daimiünsiyyət platforması olaraq istifadə olunması nəzərdə tutulur.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehribanxanım Əliyevanın çağırışlarına cavab olaraq,könüllü təşkilatları və hərəkatları tərəfindən yeni növ koronavirus(COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi tədbirlərədəstək olmaq məqsədilə yaradılmışdır. Mərkəzin fəaliyyətə başladığı 27 mart2020-ci il tarixindən keçən dövr ərzində müxtəlif tədbirlər və aksiyalar, ocümlədən "Böyüklərimizi qoruyaq!”, "Könüllü Qonşu” və "Könüllü Donor”aksiyaları həyata keçirilib. AKƏM-in çətiri altında keçirilən aksiyalarda 57 şəhərvə rayonda 201 nəfər könüllü koordinator və 1 545 nəfər daimi fəaliyyətdə olankönüllü 11 000-dən artıq ahıl yaşlı şəxslərəvə az təminatlı ailəyə sosial xidmət göstərib.

Qeyd edək ki, Katiblik funksiyası AzərbaycanRespublikasının Gənclər Fonduna həvalə edilmiş Azərbaycan Könüllülərinin ƏlaqələndirməMərkəzinin idarə olunması onun üzvləri olan "ASAN Könüllüləri” Gənclər Təşkilatı,"Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığıİctimai Birliyi, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişafKönüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, Bakı ŞəhərHalqası Könüllüləri, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü”Dəstəsi, "Turizm Könüllüləri” İctimai Birliyi, "Diplomatiya Könüllüləri” Qrupu,"Ekokönüllüləri” Qrupu, "Azərbaycan Diaspor Könüllüləri” Proqramı, "SƏLİSKönüllüləri” İctimai Birliyi, "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi,"AFFA və Avro-2020” Könüllülər Proqramı və "Gənc Könüllülər” Hərəkatı tərəfindənhəyata keçirilir.