Könül Nurullayeva seçiciləri ilə səyyar qəbul keçirib - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayeva Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 94, 94B, 96, 98 və 100 ünvanlarında yaşayan sakinlərlə görüş keçirib. Görüş zamanı vətəndaşların dilə gətirdiyi şikayət və təklifləri dinləyən K.Nurullayeva, eyni zamanda onların rastlaşdıqları gündəlik problemlərin həlli istiqamətində mövcud prosedur qaydalarını izah edib.
Nəzərinizə çatdıraq ki, səsləndirilən müraciətlər arasında məhəllələrin abadlaşdırılması, binaların istilik sisteminin yenilənməsi, söhbətgahın quraşdırılması, xeyir-şər evinə elektrik xəttinin çəkilməsi, məhəllədaxili yola işıq dirəklərinin qoyulması və s. ilə bağlı məsələlər başlıca yer almışdır. Görüş sonu millət vəkili Könül Nurullayeva sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağını və qeyd olunan problemlərin həlli üçün müvafiq addımların atılacağını bildirib.
Digər Xəbərlər

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib

Çoxuşaqlı ailələrin müavinəti 35 manat artdı

Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyaları Xankəndi və Xocalıda - FOTOLAR

Sabah 37° isti olacaq

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür

Tikintiyə icazə verilməsinə dair yeni qaydalar tətbiq ediləcək

Bu torpaq sahələrinə dair tənzimləmələr aparılacaq
