adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Fevral 2020 10:09
26716
SİYASƏT

Könül Nurullayeva seçiciləri ilə birlikdə ağacəkmə aksiyası keçirib - FOTO

24saylı Nizami birinci seçki dairəsindən namizəd Könül Nurullayeva 10 məhəlləyəmaraqlı töhvəsi ilə seçiciləri ətrafına toplaya bildi.

2 fevral Gənclər gününə həsr edilmiş, özündəbir neçə səbəbi birləşdirən ağaçəkmə aksiyasında Nizami rayonundan çox saydakönüllü iştirak edib. Könüllü müraciətlərinin gözlənildiyindən artıq olduğunudeyən Könül Nurullayeva soyuq qış havasının ani olaraq günəşli hava ilə əvəzolunmasında xoş və ürəkdən gələn niyyətimizin olmasına inanır. Agacəkməprosesində könüllülərlə bərabər məhəllə sakinləri də aktiv şəkildə iştirakediblər. Fürsətdən istifadə edərək onlarla da görüşlər keçirilib və problemli məsələlərmüzakirə olunub. Məhəllə sakinləri sırasında əfsanəvi diktorumuz Sabir Ələsgərovda aksiyaya öz töhvəsini verərərək gənclərə dəstəyini nümayiş etdirib.


Namizədliyini irəlisürdüyü Nizami rayonu 24 saylı birinci seçki dairəsində yerləşən 10 məhəlləninhər birində 24 ağac əkməklə aksiya uğurla başa çatıb. Bu tədbirin məqsədihaqqında danışan K.Nurullayeva bir gənc olaraq Gənclər günündə könüllüləri bir araya toplayıb, namizədliyini irəlisürdüyü Nizami rayonunun ekoloji durumunu yaxşılaşdırmaq olduğunu bildirib.Könül Nurullayeva ağacəkmə aksiyasına qoşulan bütün könüllülərə və məhəlləsakinlərinə təşəkkürünü bildirib.


Könül Nurullayeva haqqında qısa məlumat

2009-cuildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinətəyin olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələrşöbəsinin rəhbəri, "Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədaryaradılmış Təşkilat Komitəsinin və "Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlikkomitəsinin icraçı direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanımrəhbər olaraq adını tarixə yazıb.


O,Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi,London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərininmüavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarındanümayəndə heyətinin rəhbəri olub.

K.Nurullayeva"Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi vəDirektorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycannümayəndə heyətinə rəhbərlik edib.


2013-cüildə Avropa Olimpiya Komitəsinin "Qadın və İdmanda Bərabərlik” komissiyasınınüzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edənilk xanımdır.

2013-cüildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindənsonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdmanFederasiyasının (İHİF) İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.

AzərbaycanPrezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsiüzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsininbyaradılması haqqında sərəncam imzalayır. Könül Nurullayeva həmin KomitəninKatibi təyin edilir.


2018-ciildə İHİF-nin nəzdində əsası qoyulan "Qadın və İdmanda gender bərabərliyi”komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasınaüzv seçilib.

Ailəlidir,1 övladı var.

Parlamentseçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatlabu linklərə daxil olaraq tanış ola bilərsiniz.

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt

https://www.youtube.com/channel/UC-vU4BfygJt7FlUVZTB_6cA