adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Oktyabr 2018 11:07
15457
DÜNYA

KONSULLUQDA QƏTL

ABŞ-ın Vaşinqton Postqəzeti İstanbulda yoxa çıxan Səudiyyə əsilli jurnalist Camal Qaşıqçıyla bağlıyeni iddia irəli sürüb. Qəzetin yazdığına görə Türkiyə hökumətinin əlindəjurnalistin öldürüldüyünü sübut edən dəlillər var və bu barədə artıq ABŞrəsmilərinə də məlumat verilib.Söhbət yeni səs yazısından gedir. Həmin yazıdanməlum olur ki, Camal Qaşıqçı oktyabrın 2-də konsulluğun binasından içərigirəndən sonra öldürülüb və cəsədi doğranar parça-parça edilib. Qəzetibilgiləndirən Türkiyə və ABŞ yetkililərinin fikrincəjurnalistin qətli SəudiyyəƏrəbistanından gələn təhlükəsizlik qüvvələri tərəfindən törədilib. "Bu barədəonların əlində təkzibedilməz və dəhşətli faktlar var” – deyə qəzet yazıb.

Mənbə deyib ki,konsulluğun içərisindən alınan səs yazısından Qaşıqçı binaya girəndən sonranələr baş verdiyini təxmin etmək mümkündür. Onun necə sorğulanması, hansıişgəncələrə məruz qalması və sonra öldürülməsi həmin səs yazısından açıqduyulur. "Amma Türkiyə təhlükəsizlik orqanları bu sübutları yaymaqda maraqlıgörünmürlər. "Əks təqdirdə onların öz ərazilərindəki xarici diplomatiknümayəndəlikləri gizli şəkildə dinləmələri ortaya çıxa bilər.”

Bu arada Qaşıqçı olayıylabağlı yeni detallar üzə çıxıb.Birinci detal onun cib telefonu ilə bağlıdır. Türkiyənin "Sözçü” qəzeti yazır ki, jurnalistkonsulluğun binasına girərkən cib telefonunu nişanlısı Xədicə Gündüzə verib.Həmin telefon onun qolundakı saata bağlıymış, yəni saat bütün səsləri telefonunyaddaşına ötürürmüş. Hazırda polis həmin ağıllı saat vasitəsilə telefonunyaddaşına köçmüş səsləri araşdırır.

Digər detal isə meyitinavtomobillə konsulluğun binasından çıxarılmasıyla ilgilidir. Bu barədə də"Sözçü” yazır.Qəzetin bilgisinə görə konsulluqdan çıxan bir avtomobil Pendik bölgəsinədoğru gedir. Yolboyu 150-dən çox kameranın yaddaşına düşən avtomobil sonrakamerasız bir əraziyə daxil olub və 4 saatdan sonra geri qayıdıb. Ehtimala görəjurnalistin cəsədi həmin avtomobillə gözdən uzaq bir yerə aparılaraq torpağagömülüb.

Bundan əvvəl məlumatyayılmışdı ki, Türkiyə polisi konsulluğun binasında araşdırma aparmaq üçünSəudiyyə Ərəbistanının ölkədəki səfirinə müraciət edib və müsbət cavab alıb.Hətta vəliəhd şahzadə Məhəmməd bin Salman da Bloomberqə verdiyi müsahibədə bunahər cür şərait yaratmağa hazır olduqlarını demişdi. Lakin hələlik konsulluqdaheç bir araşdırma aparılmayıb. İddialara görəkonsul Məhəmməd Əl Qtaib detallıaxtarış aparmağa icazə vermədiyinə görə hələ ki, Türkiyə hüquq-mühafizəorqanları bu işə başlamayıblar.

Beyrutda nəşr olunan"Diyar” qəzetisə C. Qaşıqçı yoxa çıxandan sonra onun qardaşı Əhmədi və onunarvadının amansızlıqla qətlə yetirilməsi barədə məlumat verib. Qəzetinyazdığına görə jurnalistin Ciddə şəhərində yaşayan qardaşının evinə gələnmaskalı və əli qılınclı şəxslər onu və həyat yoldaşının başını kəsiblər. Onlarınüç uşağısa qaçıb qonşulara sığınıb. Qatillər gedəndən sonra polislər gəlib vəsəhərə qədər evdə araşdırma aparıblar. Onlar evin qapısını dəmir bloklarlabağlayaraq heç kimin ora yaxınlaşmasına icazə verməyiblər.

Jurnalistin başına gələn bu dəhşətli olay təkcəsiyasətçiləri və hüquq-müdafiə təşkilatlarını yox, iş adamlarını daqəzəbləndirib. Artıq məşhur ingilis biznesmeni, Virgin Group şirkətinin sahibiRiçard Branson bu ölkə ilə bütün münasibətlərini dondurduğunu bəyan edib.Bununla bağlı o öz internet saytında yazıb ki, əgər Camal Qaşıqçınınkonsulluqda öldürüldüyü sübut olunsa bu Qərbin Səudiyyə Ərəbistanı ilə işgörməsi qaydalarını dəyişdirəcək. "Mənim Səudiyyə Ərəbistanı hökumətinə vəvəliəhd şahzadə Məhəmməd bin Salmana inamım vardı. Ona görə də Qırmızıdənizdəki iki layihədə iştirak etməyə razılıq olmuşdum. Qaşıqçı olayınaaydınlıq gələnədək bu layihələrdə iştirakımı dayandırıram”. Qeyd edək ki.Biznesmenin Səudiyyə Ğrəbistanıyla layihələrinin dəyəri milyardlarla ölçülür.

Adalet.az