Köməksiz qalan qadın belə xilas edildi - VİDEO
Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi adlanan ərazidə 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olublar.
Mənzilə baxış zamanı xəstə olması səbəbi ilə köməksiz vəziyyətdə qalması müəyyən edilən 1965-ci il təvəllüdlü qadın xilas edilərək hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.
Digər Xəbərlər
06 Mart 2026 17:17
Gülçin Novruzlu itkin düşüb
06 Mart 2026 16:34
FHN Göyçayda kanalda batan şəxsi axtarır - VİDEO
05 Mart 2026 23:15
"Ədalət" qəzetinin əməkdaşı dünyasını dəyişdi
05 Mart 2026 14:29
Dronun məktəbin yaxınlığına düşməsinin GÖRÜNTÜLƏRİ
05 Mart 2026 14:26
İranın Naxçıvana hücumu nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB
05 Mart 2026 13:13
İranın dron hücumu nəticəsində xəsarət alan şəxslərin SON DURUMU
05 Mart 2026 12:56
Naxçıvan aeroportu hazırda - VİDEO
05 Mart 2026 12:39


Bakı -°C

