Kolleclərə qəbulda yeni göstəricilər açıqlandı
Kolleclərin qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlarda iştirak edən abituriyentlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət imtahanları başa çatıb.
Bildirilib ki, 2026-cı ildə tam orta təhsil bazası üzrə qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 3332 nəfər olub. Bu göstərici 2025-ci ildə 2396 nəfər təşkil edib. Beləliklə, müraciət edənlərin sayı 936 nəfər və ya 39 faiz artıb.
Müsbət qiymət alanların qeydiyyatdan keçənlərə nisbəti də yüksəlib. Belə ki, uğur faizi 2025-ci ildə 34,52 faiz olduğu halda, 2026-cı ildə 41,1 faizə çatıb.
DİM qeyd edib ki, abituriyent sayındakı artımla yanaşı, nəticələrdə də müsbət dinamika müşahidə olunub.
Ümumi orta təhsil bazası üzrə isə əksinə, qeydiyyatdan keçən abituriyentlərin sayı azalıb. 2025-ci ildə 2143 nəfər olan bu göstərici 2026-cı ildə 1954 nəfər təşkil edib. Bu, 189 nəfər və ya 8,8 faiz azalma deməkdir.
Bu kateqoriya üzrə müsbət qiymət alanların nisbəti isə artıb. Belə ki, uğur faizi 2025-ci ildə 53,9 faiz, 2026-cı ildə isə 55,4 faiz olub.
Qeyd edək ki, ixtisaslar üzrə qeydiyyatdan keçənlərin, imtahana gəlməyənlərin, qeyri-məqbul və müsbət qiymət alanların sayı, eləcə də plan yerləri ilə bağlı məlumatlar DİM-in təqdim etdiyi cədvəllərdə əks olunub.
Digər Xəbərlər
25 Avqust 2026 16:05
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
25 Avqust 2026 15:24
Əkiz bacılar eyni ixtisasa qəbul olundu
25 Avqust 2026 12:41
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
25 Avqust 2026 11:11
Universitetə qəbul olan şəhid övladları - SİYAHI
24 Avqust 2026 20:13
Kəlbəcərdə ilk məktəbin yeganə məzunu tələbə adını qazandı
24 Avqust 2026 19:38
Qəbul olunanlar bu vaxtadək qeydiyyatdan keçməlidir
24 Avqust 2026 19:16
169 nəfər müsabiqədənkənar tələbə oldu
24 Avqust 2026 19:05


Bakı -°C

