adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Oktyabr 2018 17:45
11461
DÜNYA

Kiyevdə gecə saatlarında spirtli içkilərin satışı qadağan edildi

Ukraynanın paytaxtı Kiyevdə gecə saatlarında spirtli içkilərin satışı qadağan edilib.

Adalet.az-ın məlumatına görə, bu gündən qüvvəyə minən qərara əsasən, mağazalarda yerli vaxtla gecə 23:00-dan səhər 10:00-dək spirtli içkilər satılmayacaq.

Qeyd olunur ki, bu qərar kafe, restoran və barlara şamil olunmur.

Statistik məlumatlara əsasən, Ukraynada hər il 40 minədək insan alkoqolizmdən ölür.