KİV -in Elmar Vəliyev xəbəri yalan çıxdı
"Yeni Müsavat” qəzetinin bugünki sayında "Elmar Vəliyevdən Kamal Abdullaya sayğısızlıq” adlı yazı dərc olunub. Qəzetin iddiasına görə, Gəncənin icra başçısı şəhərə səfər edən dövlət müşaviri Kamal Abdulla ilə görüşməyib, müşavir buna sərt etiraz edib və Prezident Administrasiyasının rəhbərliyinə narazılığını bildirib.
Hətta dövlət müşavirinin iştirakı ilə keçirilən tədbirə Elmar Vəliyev birinci müavinini göndərib. K.Abdulla isə bunu sayğısızlıq kimi qəbul edərək tədbiri yarımçıq tərk etmək istəyib. İcra başçısının birinci müavini və digər şəxslər ona minnətçi düşərək tədbirdə sonadək iştiraka razı sala biliblər.
AzVision.az məsələyə aydınlıq gətirmək üçün YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevə müraciət edib. N.Həmzəyevin sözlərinə görə, bu məlumatlar tamamilə yalnışdır:
"Bu xəbər həqiqətə uyğun deyil və iftiradır. Həmin tədbirdə icra başçısının birinci müavini iştirak etmişdi, çünki Dini Məsələlər üzrə Komissiyanın sədri icra hakimiyyətinin 1-ci müavininə həvalə olunub”.
N.Həmzəyev bildirib ki, həmin gün səhər tezdən Kamal Abdulla ilə Elmar Vəliyev mərhum prezident Heydər Əliyevin abidəsini birgə ziyarət ediblər.
Eyni zamanda redaksiyamıza daxil olan digər məlumata görə, Kamal Abdulla ilə Elmar Vəliyevin çox yaxşı münasibətləri var. Həmin iclasdan sonra onlar bir yerdə 2 saat vaxt keçiriblər və birgə nahar ediblər.

Digər Xəbərlər
28 Aprel 2024 00:37
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
27 Aprel 2024 17:39Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48