10 Iyul 2019 13:00
80380
GÜNDƏM

“Kitabi Dədəm Qorqud”un üçüncü əlyazması tapıldı - BAYRAM QULİYEV yazır

"Kitabi Dədəm Qorqud” abidəsi Azərbaycan vəTürkiyə türklərinin hal-hazırda da danışdığı Oğuz türkcəsində yazılmışdır vətarixi baxımdan ana qaynağımız hesab olunur. Maraqlı digər faktlardan biri dəondan ibarətdir ki, indi Azərbaycana ərazi iddiasında olan ermənilərin (və yahayların) adı "Kitabi Dədəm Qorqud”da çəkilmir. Halbuki gürcülərin, abxazların, qıpçaqların və başqa qonşularınadları dəfələrlə çəkilməkdədir. "Kitabi Dədəm Qorqud” abidəsi daim tədqiqatobyekti olmalı və araşdırmaçılar bu istiqamətdəki tədqiqatlara ciddiyanaşmalıdırlar. Ona görə də "Kitabi Dədəm Qorqud”un yeni tapılmış Türkmən Səhranüsxəsi haqqında məlumat verərək bəzi fikirlərə aydınlıq gətirməyin zəruriolduğu qənaətindəyik.


Dastanmı,salnaməmi yoxsa epiqrafik abidəmi?


İlk öncəqeyd etmək vacibdir ki, hələ də "Kitabi Dədəm Qorqud”un, epiqrafik abidəmi,dastanmı, yoxsa salnaməmi olması haqqında ziddiyyətli fikirlər var. Əslində "KitabiDədəm Qorqud” hər üçünün də xüsusiyyətlərini özündə birləşdirən təkrarolunmazbir abidədir. Salnamə deyil, çünki hadisələr ardıcıl formada əks olunmayıb.Dastan da deyil, çünki ilk baxışdan ədəbi bir abidəyə bənzəsə də, burada xəyaliobrazlara demək olar ki, rast gəlinmir və təsvir edilən qəhrəmanlar ya həqiqitarixi şəxsiyyətlərin özləri, ya da prototipidirlər. Mifik obrazlar isəsimvolik xarakter daşıyır. Məsələn, "Duxa Qoca oğlu Dəli Domrul boyu” (D-154/13–170/4) İslamın yayılmasına bir növ etirazın simvolik təsviridir. Bu əsərepiqrafik abidədir, ona görə ki, abidədə çoxlu sayda tarixi, mifik, onomastik,toponimik məlumatlar mövcuddur. "Kitabi Dədəm Qorqud”də tarixi əlamətlər digərdastanlarda olduğu kimi eroziyaya uğramayıb. Dastanlara nəzərən "Kitabi DədəmQorqud” daha qədimdə yazıya alınıb, indiyə qədər dəyişilməz qalıb, üzərində heçbir düzəliş və ya dəyişiklik aparılmamışdır. Mehmet Fuad Köprülüzade əbəs yerədeməyib ki, Türk ədəbiyyatı nümunələrini tərəzinin bir gözünə, "Kitabi DədəmQorqud”u digər bir gözünə qoyarsaq bu abidənin çəkisi daha ağır gələcək.

Daha öncəvurğulanmış olduğu kimi, "Kitabi Dədəm Qorqud”un iki əlyazma nüsxəsinin olduğubilinməkdə idi. Abidənin Drezden kitabxanasında saxlanılan əlyazması "Kitabi DədəmQorqud. Əla lisani-taifeyi Oğuzan” (3)adlanır və həmin nüsxə 12 boydan ibarətdir. KDQ-nin Vatikan əlyazması isə"Hekayəti-Oğuznameyi Qazan bəg və qeyri” (4) adlanır. Bu nüsxə isə Qazan xanlabağlı olan 6 boydan ibarətdir. Hər iki nüsxə Oğuz türkcəsində, ərəb qrafikalı əlifbailə yazılmışdır. Drezden nüsxəsinə baxanda Vatikan nüsxəsi tamamilə hərəkəlidirvə səliqəli yazılmışdır. Drezden nüsxəsində sadəcə üç səhifədə hərəkəmövcuddur. Hər iki əlyazma nəsx xətti ilə yazılıb. Hər iki əlyazmada müqəddiməmövcuddur. Həm "D”, həm də "V” əlyazmasının hər səhifəsində 13 sətir, lakin,"D” nüsxəsinin ikinci səhifəsində 12 sətir vardır. "D” nüsxəsi 152 vərəq (yəni304 səhifə), "V” nüsxəsi isə 49 vərəq (yəni 98 səhifə) olaraq dövrümüzə gəlibçatmışdır. Fonetik baxımdan "D” nüsxəsi Azərbaycan türkcəsinə, "V” nüsxəsi isəDoğu Anadolu türkcəsinə daha yaxındır. Yəni "mən” əvəzliyi, Drezden nüsxəsində"mən” formasında işləndiyi halda, Vatikan nüsxəsində "bən” kimi işlədilmişdir(9, s. 30-33).


"KitabiDədəm Qorqud”un yeni boyu və ya əjdahanı öldürən Qazan xan


Uzunmüddət abidənin əlavə boylarının olduğu ehtimal edilirdi. Çünki, "Kitabi DədəmQorqud”da digər boyların olduğuna işarə verən müxtəlif personajlar mövcuddurki, digər Türk yazılı abidələrində və "Oğuznamə”lərdə onlar haqqında xeyli məlumatlararast gəlinir. "Kitabi Dədəm Qorqud”un bir neçə boyunda Alp Ərən bəy adlı birOğuz igidindən söz açılır, lakin onun haqqında heç bir müstəqil boy mövcuddeyil. Ehtimal etmək mümkündür ki, Alp Ərənlə bağlı da müstəqil boy olmuşdur.Çünki Ali Yazıcıoğlu "Oğuznamə”sində bu qəhrəman ilə bağlı hadisələrə rast gəlinməkdədir.Bundan başqa Peyğəmbər (ə.s.)–ın yanına gedib onun üzünü görən, ona səhabə olanBəktüz Əmən adlı personaj haqqında da ola bilsin ki, bu hadisələrin təsvir olunduğuboy mövcud olmuşdur (5, s. 164-178). Həmçinin "Salur Qazanın tutsak olduğu oğluUruzun onu çıxardığı boy”undasoylamaların birində Qazan xan yeddi başlı əjdahanı öldürdüyünü söyləməkdədir(D-271/12-D-291/7).


Buehtimallar özünü bu ilin aprel ayında doğrultdu. Ulu kitabımızın üçüncü nüsxəsihaqqında məlumatlar 2019-cu ilin aprel ayında keçirilən "Dünya Kültür MirasıDede Korkut Uluslararası Sempozyumu”nda Prof. Dr. Metin Ekici tərəfindənaçıqlandı. Məlumatlar keçməzdən öncə təəssüf hissi keçirərək bildiririk ki, bucür konfranslarda Azərbaycan demək olar ki, təmsil olunmur. Halbuki boylardakeçən hadisələrin çoxu Azərbaycanda baş verməkdədir. Konfransdan bir müddətsonra həmin əlyazmanın iki müxtəlif nəşri işıq üzü gördü. Bunlardan birincisiProf. Dr. Yusuf Azmun tərəfindən mətin-fotofaksimilə, transfoneliterasiya vəAnadolu türkcəsinə uyğunlaşdırma formasında nəşr olundu (1). İkincisi isə Prof.Dr. Metin Ekici tərəfindən hazırlandı və bu kitaba da mətin-fotofaksimilə,transfoneliterasiya və Anadolu türkcəsinə uyğunlaşdırma daxil edildi (2).Bundan başqa əsər haqqında məlumatlar, əsərin əski əlifba ilə təshihi vəfoto-faksimilənin daxil olduğu "Dede Korkut Kitabı’nın Günbet Yazması:İnceleme, Metin, Dizin ve Tıpkıbasım” daha bir məqalə nəşr olundu (6). Təxminieyni ayda üç nəşrin gerçəkləşdirilməsi əlyazma ətrafında "kim öncə əldə edib?”söz-söhbətlərin yaranmasına səbəb oldu. Əslində bu normaldır. Çünki "Kitabi DədəmQorqud”un həm Vatikan nüsxəsinin, həm də Drezden nüsxəsinin Türkiyədə və Azərbaycandahəmişə ən azı iki nəşri olub. Buna misal olaraq Muharrem Ergin və Orhan ŞaikGökyay, Həmid Araslı və Şamil Cəmşidov nəşrlərini göstərmək mümkündür. Əslindənəşrin birdən artıq olması əlyazma üzərində müxtəlif istiqamətli və genişdüşünmə imkanı yaradır. Məlumat üçün deyək ki, Yusuf Azmun nəşrində əsərhaqqında məlumat, transfoneliterasiya, Anadolu türkcəsinə uyğunlaşdırma vəfotofaksimilə ayrı-ayrı verilmişdir. Lakin Metin Ekici nəşrində isə bir vərəqdəfoto-faksimilə, digər vərəqdə transfoneliterasiya verilmişdir. Mətininoxunuşları arasında qismən fərq vardır (1; 2).


Əlyazmayagəlincə, bu əlyazma İranın Türkmən Səhra bölgəsində yaşayan və zəngin əlyazmalarkitabxanası olan Vəli Məhəmməd Xocaya aiddir. Yusuf Azmunun iddialarına görə əlyazmanınPDF versiyası ilk dəfə olaraq ona göndərilmişdir. Bu iddianı Metin Ekici təkzibetmir. Əlyazmanın taleyi haqqında "Dede Korkut`un üçüncü elyazması. Soylamalarve iki yeni boy ile Türkmen Sahra nüshası” kitabında Timur Kocaoğlunun "ÖnSöz”ünü oxuyaraq aydın məlumat almaq mümkündür (1, s. 6-7). Fikrimizcə əlyazmanınilk kimdə olması fikri bu qədər əhəmiyyət kəsb etməməlidir. Çünki, araşdırmanıdəyərli edən onun ilk dəfə və ya sonradan tədqiqata cəlb edilməsi deyil, onunelmi zənginliyi və obyektivliyidir. Yeni tapılan 61 səhifəlik "Kitabi DədəmQorqud”un üçüncü Türkmən Səhra nüsxəsinə 13-cu və 14-cü boylar daxildir. Bundanbaşqa əlyazmada 20 yeni soylama (nəzm parçası) mövcuddur. Əlyazmanın vərəqində14 sətir mövcuddur. Əlyazma nəstəliq xətti ilə yazılmışdır. Qara və qırmızı mürəkkəbdənistifadə olunan əlyazmada nömrələmə mövcud deyil, əlyazma ənənələrinə uyğunolaraq hər səhifənin sonunda növbəti səhifənin ilk sözü yazılmışdır. Xatırladımki, rəddadə həm Drezden, həm də Vatikan əlyazmasında mövcuddur. Boylardan biri "SalurQazanın Araz suyu ilə Qars qalasını aldığı boy”, digəri isə "Salur QazanınYeddi başlı Əjdahanı öldürdüyü boy” adlanır. (1; 2)


TürkmənSəhra nüsxəsinin yaşı


Əlyazmanınyaşı ilə bağlı da fərqli fikirlər mövcuddur. Yusuf Azmun əlyazmanın üzərindəki1353 yazısına diqqət çəkərək vurğulayır ki, bu yazı sonradan da əlavə oluna bilərÇünki rəqəm əlyazmaya sonradan və fərqlibir mürəkkəblə əlavə olunub. Araşdırmaçı ardınca onu da qeyd etmişdir ki, əlyazmadayarı pozulmuş halda 944 (M. 1537) rəqəmi də mövcuddur. Y. Azmun haqlı olaraq əsərdəÇİM (ج) və PE (پ) hərflərinin istifadə olunması, XIX əsrdən etibarən əlifbayadaxil edilən GAF (گ) hərfinin isə əlyazmadaolmamasını əsas gətirərək, nüsxəni XVII əsrə aid edir (1, s. 12). Bundan başqaonu da vurğulamaq lazımdır ki, nəstəliq xəttinin ən geniş yayıldığı dövr təxminənXIV əsrdən XVII əsrə qədərki bir müddətdir. XIX əsrdə daha çox şikəstə, reyhanivə s. kimi xətlər dəbdə idi. Bundan başqa əsərdə Qızılbaş ideologiyasına işarəedən çoxlu sayda məqamlar mövcuddur ki, bu da əlyazmanın XVI əsrdə yaranmaehtimalını söyləməyə imkan verir. Çünki, XVII əsrdə Qızılbaş təsirləri XVI əsirdəkikimi deyildi. Onu da vurğulamaq lazımdır ki, bu abidə Drezden və Vatikan nüsxələrindənsonra qələmə alınmışdır. Ümumiyyətlə, bu nüsxələrin hansının qədim olmasıhaqqında da Türkologiyada ziddiyyətli fikirlər mövcuddur.

"KitabiDədəm Qorqud”un yaşını müəyyən etdikdə bir neçə məqama diqqət yetirməklazımdır. Abidədə bəhs olunan Oğuzların yaşadığı dövr ilə, hadisələrin yazıyaalınması və sonradan onların vahid bir kitab halına salınması müxtəlifzamanlarda baş verdiyindən, abidənin yaşının qiymətləndirilməsi zamanı həssasdavranmaq tələb olunur. "Kitabi Dədəm Qorqud”un boylarında tarix öncəsinə dairizlər də mövcuddur, XII əsrə aid izlər də. Bu, abidənin yaşının həmin dövrə aidolduğunu göstərən əsas amil deyil. Boyların yazıya alınması da abidənin yaşınınmüəyyən edilməsi üçün yetərli deyil. Çünki boyların hər biri ayrılıqda bir ozantərəfindən qeydə və yaxud yazıya alınmış, sonradan bu hissələr toplanaraq birkitab halına salınmışdır. Məhz ona görə də bu abidənin konkret bir müəllifiyoxdur, mövcud əlyazmalarda isə redaktorun adının yazılmasını lazım bilməmişlər.Son tapılan Türküstan Səhra nüsxəsində sadəcə iki boyun mövcud olması bu fikribir daha təsdiqləyir. Abidənin yaşı əsasən bu boyların bir yerə toplanılıb vəkitab halına salındığı zamandır. Eyni zamanda bu da düşündürücü faktdır ki,kitab nə zaman tam olaraq hazır oldu, boyları toplandı və cild halına salındı.Kitabın Drezden nüsxəsi haqqında ilkfikir söyləyənlər W. Barthold (O, almanşünas olsa da şərqşünaslığın bütün sahələriüzrə tədqiqatları mövcuddur – B.Q,) və onun tələbəsi Y. Yakubovskiolmuşlar. O, kitabın Osmanlı dövlətininyaranmasından öncəki bir tarixdə kitab halına salındığını söyləməkdədir. Məlumdurki, Osmanlı dövlətinin Kiçik Asiyada tam bərqərar olması Sultan I Bəyazidzamanında (1389 — 1402) baş vermişdir.Ona görə də kitabımızın bu nüsxəsinin "Müqəddimə” bölməsində Osmanlıların hakimiyyətəgəlməsinə işarə vardır (7, s. 83). M.Ergin və S. Əliyarlı isə haqlı olaraq"D” nüsxəsini aydın hərəkəsiz, Vatikan nüsxəsi qədər səliqəli olmayan və bizə məlumolan ilkin nüsxə hesab etmişlər. M. Erginin fikrincə, "D” əlyazması "V” əlyazmasındanöncə yazılmışdır. Çünki, "D” nüsxəsindəki bir neçə söz səhvi eyniliklə "V” nüsxəsində də təkrar olunub (8, s. 68-69). Səhra Türkmən əlyazması isə Drezden və Vatikan əlyazmalarından sonra qələməalınmışdır. Bundan başqa üçüncü əlyazmada "Bayandur xan” yerinə "Bayandurpadşah” ifadəsi işlədilmişdir. Heç şübhəsiz ki, padşah titulu XIX əsrdə genişformada istifadə olunmurdu. Xan titulu isə daha çox təqribən XII-XV əsrlərdəistifadə olunmuşdur. Bu məqamlara diqqət yetirərək, Türküstan Səhra əlyazmasındakıQızılbaş ideologiyalarının qabarıq təsvirini də göz önündə saxlayaraq əlyazmanınXVI əsrə aid olduğu ehtimalının həqiqətə daha yaxın ola biləcəyini söyləməkmümkündür.


TürkmənSəhra nüsxəsinin adı


SəhraTürkmən əlyazmasının xüsusi bir adı yoxdur, lakin əlyazmaya sonradan "Cildi-düyyümi(devvom)-kitabi-Türkmən” cümləsinin əlavə edildiyini müşahidə etmək olar. Ehtimalki, Türküstan səhra nüsxəsi tam deyildir və bu hissə ümumi əlyazmanın bir hissəsidir.Çünki tam olsaydı, onda adı ilə bərabər digər analoji boylar da daxil edilmişolardı. Əlyazmanın dili haqqında məlumatverən M. Əkici vurğulayır ki, əlyazmanın dili Türkiyə türkcəsi və Azərbaycantürkcəsinə yaxındır və Qıpçaq türkcəsi özəllikləri var (2, s. 11). Lakinboylara nəzər yetirdikdə əlyazmanın tamamilə Azərbaycan türkcəsində yazıldığınımüşahidə edirik. Bu fikrimizi Yusuf Azmun da konkret faktlar gətirərək təsdiqləyir(1. 13-16). Abidənin adından söz etmişkən təəssüf doğurucu bir məqama da diqqətçəkmək istərdim.

Filoloqlarındemək olar ki, hamısı və tarixçilərin bir çoxu abidənin adını "Kitabi DədəQorqud” və ya elə sadəcə "Dədə Qorqud” formasında, bir qisim türkoloqlar vətarixçilər isə "Kitabi Dədəm Qorqud”formasında təqdim ediblər. Hətta abidəilə bağlı ensiklopediya da "Dədə Qorqud Ensiklopediyası” adlandırılmışdır (9). Kitabımızınüçüncü əlyazmasına həsr olunmuş hər iki kitabda da "Dədə Qorqud” kimi verilib.Halbuki, Türkmən Səhra nüsxəsi əlyazmasının sonundakı sətirlərdə "Dədəm” ifadəsiişlədilmişdir. Elmi araşdırmalarda və elmi əsərlərdə hər hansı bir epiqrafik vəya tarixi əsərin adının təhrif olunması yolverilməzdir. İlk öncə ""Kitabi DədəmQorqud”un ən iri həcmli variantı və ən qədim nüsxəsi hesab olunan "D”nüsxəsinin titul vərəqinə nəzər salaq.

KDQ-ninDrezden nüsxəsində abidənin orijinal adı "Dədəm” sözü ilə işlədilib. Bu sözünsonunda işlədilən "–m” hissəciyi sonu saitlə bitən sözlərə qoşulan I şəxs mənsubiyyətşəkilçisidir. "Dədə” sözünün mənsubiyyətə görə dəyişmiş hallarına nəzər salaq:dədəm, dədən, dədəsi, dədəmiz, dədəniz, dədələri. Demək ki, "MIM” (م) hərfi sadəcə bəzək olsun deyəvə ya başqa bir məqsədlə dastanın üz qabığına əlavə olunmayıb. Buradan normalolaraq belə bir sual ortaya çıxır. Niyə görə abidənin orijinal adı "Kitabi DədəmQorqud” ola-ola çox zaman "Dədə Qorqud” kimi işlədilib? Bunun həm obyektiv, həm də subyektiv səbəblərimövcuddur. Bilindiyi kimi, 70 ildən çox Azərbaycan SSRİ-nin tərkibindəolmuşdur. Bu zaman bir çox şeylər yasaqlanmışdı. "Kitabi Dədəm Qorqud” abidəsida yasaqlanmış kitablar sırasında idi. SSRİ zamanında Azərbaycan xalqının maddıvə mənəvi mədəniyyəti, tarixi ilə bərabərxalqın kimliyi də yasaqlanmışdı. Əgər Sovet alimləri "Dədəm” sözünü işlətmişolsaydılar onda dolaysı yolla türklüyü qəbul etmiş və Türk olduqlarını təsdiqetmiş olardılar. Hətta bu məsələni "həll” etmək üçün bir sıra alimlərimiz müxtəlifaraşdırmalar aparmışlar. Görkəmli alimimiz Xalıq Koroğlu özünün "Oğuz qəhrəmanlıqeposu haqqında yeni biliklər” adlı məqaləsində kitabın tarixini onun adındakı hərflərinəbcəd hesabı ilə hesablamaqla müəyyən etməyə cəhd etmişdir. O belə izahetmişdir ki, "MIM” (م) hərfi əsərin yazılmatarixi dəqiq olsun deyə bura əlavə olunub (10). Bu həqiqətən dərininə biraraşdırmadır, lakin dəqiq deyildir. Çünki dastanda "Qorqud” sözü həm قورقوت kimi, həm də قورقود kimi işlədilmişdir. Sadəcə "MIM” (م) hərfinin olmaması əsərintarixindən 40 il ala bilər. Amma bu söz Te (ت) ilə verilsə 400 il, Dal (د) ilə verilsə 4 il edir. Deməkki, Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə” əsərində olduğu kimi əsərinyaşının əbcəd üsulu ilə hesablanması mümkün deyil və bu cür araşdırmanı dəqiqhesab etmək olmaz. Bu fikri ustadım Prof. Dr. Süleyman Əliyarlıdan eşitmişdim.İndi nə qədər haqlı olduğunu bir daha görmüş oluram.

HəmTürkiyədə, həm də Azərbaycanda əsərin adının çox zaman "dədə” kimi işlədilməsininobyektiv səbəbləri də var. Məlumdur ki, Heinrich Friedrich von Diez Drezdennüsxəsinin surətini öz əlləri ilə çıxararaq Berlin Kayzer kitabxanasına hədiyyəetmişdir. Bu zaman o, bilinməyən bir səbəbdən kitabın adındakı "MIM” (م) hərfini, söz sonunda işlənərkən"ə” səsini ifadə edən He (ه) hərfi ilə əvəz etmişdir (11, s. 127). Türkiyə,Rusiya və Azərbaycan alimlərinin bir çoxu da məhz bu, yəni, Berlinkitabxanasındakı nüsxədən istifadə etmişlər. Hətta Kilisli Rıfat tərəfindənkitabımızın ilk çapı da "MIM” hərfi unudularaq nəşr olunmuşdur və dolayısıyolla 30-cu illərə qədər əsər sadəcə "Dədə” formasında işlədilmişdir. Ona görədə əsərin orijinal adı əvəzinə "Kitabi Dədə Qorqud” adı daha geniş yayılmışdır.İlk baxışdan cüzi bir problem kimi görsənsə də əsərin orijinal adını söyləmək vəaraşdırmalarımıza olduğu kimi daxil etmək hər bir tarixçi, filoloq və türkoloqalimin borcudur. Adətən əsərin adı, ən qədim nüsxənin adı əsas götürülərəkadlandırılır. Demək ki, əsərin adı Drezden nüsxəsinə uyğun formada qəbul edilməlidir.


Yeniəlyazmamı yoxsa Oğuznaməmi?


Digərbir məqam isə ondan ibarətdir ki, istər XIX əsrə aid olsun, istər XVI əsrə aidolsun bu, "Kitabi Dədəm Qorqud”un üçüncü əlyazmasıdır. Bu hər hansı bir müstəqilOğuznamə deyil. Çünki bu əlyazmanı bizə məlum olan əlyazmalarla bağlayan birçox fakt mövcuddur. Birincisi, "Oğuznamə”lərdə adətən Peyğəmbərlər sadalanır,Nuh Peyğəmbərin, onun oğlu Yafəsin, onun oğlanlarının adı çəkilir. Oğuz xan vəonun gördüyü işlər, eləcə də fəthləri haqqında məlumat verilir. Bundan başqa bəzilərindəOğuz tayfalarının təsnifatı göstərilir. Bu məqamlar "Kitabi Dədəm Qorqud”a xasolan xüsusiyyət deyil. Bunun üçün iki fərqli "Oğuznamə”yə nəzər saldıq və eynimənzərə ilə qarşılaşdıq (12; 13). Bundan başqa "Qalın Oğuz” ifadəsinə ən çox"Kitabi Dədəm Qorqud” abidəsində rast gəlirik: "Qazan Oğuz bəglərinə cırğab-cırğabçadır, otaq bağışladı” (D-123/6-7) və ya "Ağ-boz atlar binübən yortaşdılar,Qalın Oğuz ellərinə xəbər gəldi” (D-234/5-6). Bu kimi faktların sayı həddindənartıq çoxdur. Bundan başqa "Doqquz tümən Gürcüstan” ifadəsi də "Kitabi Dədəm Qorqud” da işlənməkdədir."Doqquz tümən Gürcüstanın xəracı gəldi. Bir at, bir qılınc gətirdilər”(D-235/9-10)). "Qalın Oğuz” və "Doqquz tümən Gürcüstan” ifadələri eynilikləTürkmən Səhra nüsxəsində də işlənməkdədir. "Doqquz tümən Gürcüstana ürkü alan,uladuğca amusı Qazan, atası Qara Güməyə ümid olan, böyüldüqca düşmənin ödünyaran, qarıdıqca qarına qan qusduran, Qalın Oğuzun yügrüyi,.” (T-3/13-4/1)."Kitabi Dədəm Qorqud” abidəsinin Drezden və Vatikan əlyazmalarında olduğu kimiTürkmən Səhra nüsxəsində də "İç Oğuz” və"Dış Oğuz” ifadələrinə də rast gəlinir (T-51/3). Bu ifadələrə demək olar ki, "Oğuznamə”lərdərast gəlmək olmur. Daha öncə deyildiyi kimi Drezden əlyazmasının 11-ci boyundaQazanın yeddi başlı əjdahanı öldürməsi haqqında məlumatlar var idi. Həmçinin,Drezden və Vatikan nüsxələrində tətbiq olunan əlyazma üsulları Türkmən Səhranüsxəsində də tətbiq olunmuşdur. Buna misal olaraq sətirlər arası məsafənin səliqəliliyinədiqqət yetirilməsi, səhifələnmədə sözlərdən istifadə və s. bu kimi məqamlarıgöstərmək mümkündür. Abidənin öncəki iki nüsxəsində olduğu kimi, bu nüsxədə dəAllah və onun Peyğəmbəri haqqında təriflər ilə bərabər Qazan xanın içki içməsisəhnəsinə də rast gəlirik. Onu da vurğulamaq istərdik ki, heç bir "Oğuznamə”dəBoy sonunda Dədəm Qorqud gəlib soy soylamır. Halbuki həm Vatikan, həm dəDrezden əlyazmalarının bütün boylarının sonunda "Dədəm Qorqud gəldi, söz söylədi,boy boyladı” və buna bənzər ifadələr işlənməkdədir. Heç şübhəsiz ki, bu ifadənineynisi "Salur Qazanın yeddi başlı əjdahanı öldürdüyü boyu”nun sonunda damövcuddur. Boyda göstərilir ki, Qazan xan yeddi gün, yeddi gecə BayandurPadşahı qonaq edir və şənlik tərtib edir. Bu zaman "Dədəm Qorqud der: "Qazankimi cəsur igid gəldi keçdi”” (T-61/4-5). Bütün bu faktlar göstərməkdədir ki,Türkmən Səhra nüsxəsi "Kitabi Dədəm Qorqud”un üçüncü əlyazmasıdır. Lakin əlyazmatam olaraq gəlib əlimizə çatmamışdır.

Qeyd: Müəllifhüquqları qorunur. Məqaləyə istinad vacibdir. Fikriniz, iradınız və təklifinizolarsa yaza bilərsiniz: [email protected]


Mənbəvə ədəbiyyatlar


1.DedeKorkut`un üçüncü elyazması. Soylamalar ve iki yeni boy ile Türkmen Sahranüshası. Metin, çeviri, sözlük vetıpkıbasım Yusuf Azmun. İstanbul, 2019

2.DedeKorkut Kitabı. Türküstan/Türkmen Sahra nüshası. Salur Kazan`ın yedi başlıejderhayı öldürmesi. İstanbul, 2019

3.KitabiDədə Qorqud: Əsil və sadələşdirilmiş mətnlər. Bakı: "Öndər nəşriyyatı”, 2004

4.DədəQorqud Kitabı (Vatikan nüsxəsi). Bakı: Xan nəşriyyatı, 2018

5.ƏliyarlıS. S. Tariximiz açıqlanmamış mövzuları ilə. Bakı: " Mütərcim ”, 2012

6.ShahgoliN. K., Yaghoobi V., Aghatabai S. Dede Korkut Kitabı’nın Günbet Yazması:İnceleme, Metin, Dizin ve Tıpkıbasım // Modern Türklük Araştırmaları DergisiCilt 16. Sayı 2. Haziran 2019, s. 147-379

7.BartholdV. V. Orta Asiya Türk tarihi hakda dersler. Hazr. İsmayil Aka. Ankara, TTK,2006

8.Ergin M. Dede Korkut kitabı. 2. Baskı. Ankara:TTK, 1989

9.KDQensiklopediyası: 2 cilddə, I cild, Bakı: Yeni nəşrlər evi, 2000

10. Короглы Х. Г. Новые данные об огузском героическомэпосе / Народы Азия и Африки. Москва: 1986, №6, с. 87 – 89

11. " Kitabi-dədəm Qorqud ” aşiqi / Tərtibçilər: Prof.Dr. S. S. Əliyarlı, Dr. H. A. Schmiede.Bakı: Xəzər universiteti nəşriyyatı, 2002

12. Oğuz destanı. Reşideddin oğuznamesi, tercüme ve tahlili Z. V. Togan 2. Baskı.İstanbul: Enderun yayımları, 1982

13. Oğuzname. Kazan nüshası. Hazr. Prof. Dr. NecatiDemir ve Dr. Özkan Aydoğlu. İstanbul, 2015