adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Sentyabr 2015 13:45
228633
MODA

Kişi hakimiyyətinə sinə gərən qadınlar

ABŞ-da 90-cıillərin ortalarından etibarən 22 sentyabr diqqət mərkəzinə çıxdı – elə həmingünün həsr olunduğu işgüzar xanımlar (biznes-leydilər) kimi! Biznes-leydilər uğurlarına,kişi "gəmi”sindəki iradə və mücadilələrinə, özünəəminliklərinə, yüksək işbacarığına və əlbəttə ki, şıq, gözəl görünüşlərinə görə təkcə kişilərin deyil, elə xanımların da çoxzaman əlçatmaz arzularına çevrilir. Çünki uğurlu iş qadını olmaq hər qadının cəsarəti,uğurlu iş qadınını əldə etmək isə hər kişinin bacarığı deyil.

Dünyanınhər yerində belə iş qadınları olsa da, onlara ayrıca gün təşkil etmək, bircəgün də olsa bu xanımları "əzizləmək” amerikalıların ağlına gəlib. 1949-cu il,22 sentyabrda Kanzasdan olan bir biznesmen və 3 biznes-leydi birləşərək Amerikaİşgüzar Qadınlar Assosiasıyasını yaradıb. Bununla da ölkənin işbilənqadınları bir araya toplaşa, birgə müzakirələr apara, başqa sözlə, kişi hakimiyyətinətoplu şəkildə sinə gərə biliblər. Amma həmin illərdə qadının indiki müstəqilliyi,iş bacarığı tam formalaşmadığı üçün təsis olunmuş gün o qədər də diqqət çəkmir.Amma qadın istərsə... nəyi bacarmaz ki... İstər biznes qadını, istərsə də mətbəxqadını olsun – diqqət çəkmək onun anadangəlmə refleksidir. Bəlkə də Həvvadan buyana ən yaxşı bacardığı iş diqqətləri üzərinə çəkmək, dünyanı ətrafında döndürməkdir.

90-cı illərtəkcə postsovet ölkələrində deyil, bütün dünyada dönüş dövrü ola bildi. Birtərəfdən SSRİ kimi güclü imperiyanın süqutu və onun inqilabi, novator vətəndaşlarınınAvropa, Amerikaya axışı və dünyanın aparıcı sahələrinə özünəməxsus təsiri,digər tərəfdən yeni texnoloji eranın başlanması və ən əsas da az əvvəl başvermiş "seks inqilabı”ndan sonra bəşər əxlaqında, mental dəyərlərində müşahidəolunan əhəmiyyətli dəyişikliklər dünyəvi proseslərdə dərin iz buraxdı. Bir sözlə,bəşər silkinib kainata başqa cür baxmağa başladı. Qadının hüququ, cəmiyyətdə,hakimiyyətdə yeri, baxışı kor bucaqları itiləşdirib bir çox məsələlərə yenidənnəzər salmağa vadar etdi. Nəticədə dünyada qadın hegemonluğu ön plana çıxdı, əslindədünya bununla əvvələ qayıtdı, anaxanlığı (matriarxatlığı) bərqərar etdi. Ona görə də 90-cı illər kişilərin dəyirmanınaçomaq soxan qadınların üzə çıxmasına, diqqət mərkəzinə düşməsinə münbit şəraityarada bildi. Düzdür, bu özəl gün, belə deyək işgüzar qadınların bayramı hələlikbeynəlxalq səviyyədə qeyd olunmasa da, gedişat "xan ana”ların xeyrinə irəliləyir.

Yeri gəlmişkən,dünyada 57 milyon işləyən qadın var. Bunların hamısı tarixə qızıl, yaxudsevdikləri qırmızı rəngdə düşə bilməsə də, gələcək hələ nə göstərəcək bilinmir,ya da hər şeyi ovcunun içi kimi görən qadınların özünü təsdiqləmişintuisiyasına arxalansaq, dünyanın sabahı xanımlara işləyəcək, deyə bilərik.

Картинки по запросу biznes ledi


Say göstərmişkən, işgüzar qadınlar arasındaseçilib yerini tarixdə möhkəmlətmiş qadınları sıralayaq, digərlərinə də görkolsun:


EsteeLauder – XX əsrin əvvəllərində, qadının Avropa və Amerikada seçki hüquqununolmadığı bir dövrdə kosmetika imperiyasını sıfırdan qurmağı bacarıb. Ona "piştaxtaarxasındakı kraliça” da deyirdilər. Çünki özünün resepti ilə yaratdığı kosmetikməhsulları ilk başda kiçik bir mağazada sataraq, qadınlar arasında şöhrətlənmişdi.Sonralar maddi vəziyyəti düzəlsə belə, piştaxta arxasından çıxmaz, satıcılarıilə birlikdə öz məhsullarını qadınlara təqdim edərdi. Onun əsas uğuru yaşlanma əleyhinəhazırladığı məhsullar olub. İş şüarı: "Müştəriyə arxanı çevirən kimi onu itirəbilərsən”. Onun məşhur reklam şüarı isə belə olub: "Zaman sizin düşməniniz, mənsədostunuzam”. Hazırda Estee Lauder şirkətinin illik gəliri 4,74 milyarddollardır. Şirkəti 87 yaşında dünyasını dəyişmiş Esteenin iki oğlu –Cozef və Leonard Lauder idarə edir.  


KokoŞanel – dünyanın dəbini dəyişən ən cəsarətli modelyer-dizayner. Dəb dünyasının əfsanəsiQabriel Koko Şanel uşaq evində böyüyüb. İş həyatına hazır paltar satan mağazadacırıq-sökükləri bərpa etməklə başlayıb. Tikiş maşını almaqüçün imkanı olmayan Şanel əllə paltar tikməklə əlavə qazanc götürməyə başlayıbvə sonralar ömrünün sonuna kimi onun şirkətində paltarlar əllə tikilib. Onudünyada tanıdan mini ətəyin icadı idi: kiçik qara platya Şanelin dəb krallığınavizit kartı oldu. Düzdür, sonralar həyatına daxil olmuş iki zəngin kişinin sayəsindəkübar xanımların əhatəsinə düşdü. Amma danılmazdır ki, hər şey görmüş kübarlarıtəəccübləndirmək də ayrıca istedad istər. "Qadının ən gözəl aksessuarıyanındakı zəngin və yaraşıqlı kişidir”, deyən Şanel sevgilisi zəngin varisEtyenin sayəsində ilk emalatxanasını, ikinci məhəbbəti - ingilis milyonçusuArturun sayəsində isə ilk mağazasını aça bilib. Fərqliliyi, cəsarəti sayəsindətezliklə tanınan Koko artıq rahatlıqla "Mən dəb yaratmıram, mən dəbin özüyəm”,deyə bildi. Korsetləri, ağır paltarları tarixə gömən Şanel kişi qarderobunagirərək oradan qadınlar üçün şalvarlar, qalstuklar, köynəklər çıxara bildi,qadının ayaqlarını göstərə bildi. Hazırda3 milyarda yaxın illik gəliri olan "Şanel” şirkətini Kokonun ən yaxşı dərzilərindənbirinin nəvəsi – Karl Laqerfeld idarə edir.  


HelenaRubinşteyn – kasıb polyakın 8-ci övladı ibtidai tibbi bacarığı vasitəsilə kremlərdüzəltməyə başlayır. Tezliklə dünya tarixində ilk gözəllik salonu açır və azmüddətdə bu salonların zəncirini yaradır.  Onun əsas uğuru problemli dərilər öz məhsuluilə müalicə etmək olub. Rubinştey həkimlərdən öncə tibb tarixində dərini üç tipə- quru, normal, yağlı olaraq bölüb. "Zənginliyə gedən yol qənaətdən başlayır”,deyən Rubinşteyn şüarına ən çox özü əməl edərdi. Dünyanın ən varlıqadınlarından biri olduğu halda bir dəfə də olsun öz hesabına restoranda yeməkyeməyib, nə isə alarkən qəpiyini belə geri istəyib. Hətta 92 yaşındaykən onunevinə oğrular girəndə Rubinşteynin onlara dedikləri sonralar dillər əzbəri lətifəolub: "Siz məni öldürə bilərsiniz, amma bu evdən bir çöp də çıxara bilməzsiniz”. HazırdaHelena Rubinşteyn brendi L’Oréal firmasının tərkibinə daxildir və dünyanın 50ölkəsində satılır.


MeriKey – hazırda bu ad altında kosmetik məhsullar dünyanın hər tərəfində hətta kasıbtəbəqə qadınların da sevimli brendidir. Elə amerikalı Merinin üstünlüyü də buidi: "Ticarətə sevgi və mərhəmət qatmaq lazımdır”, deyərək hər qiymətə məhsulistehsal edirdi. Günümüzdə 35 ölkədə 2,5 milyon konsultantı olan şirkət elədünyada ilk müstəqil satıcısı şəbəkəsini də yaradıb. İstər satıcı, istərsə dəmüştəriyə Merinin ilk və tək məsləhəti bu olurdu: "Siz bunu bacaracaqsınız!” Busehirli cümlə həmişə qüvvədə qalaraq onu eşidənlərin yoluna işıq salıb. Axıonun özü də mümkünsüzü mümkün edənlərdən idi! 17 yaşında ailə qurub 3 uşaqanası olan Meri 25 il aşağı vəzifədə işləyərək, quru maaşla dolanıb. 45 yaşındaheç bir uğuru olmadan uğurlu qadınlar haqqında kitab yazıb. Sonra görüb ki,yazdığı kitab daha çox biznes-plana bənzəyir. Kitabı çap etmədən özü bu planı həyatakeçirməyə başlayıb. Borx-xərc 5 min dollar tapıb, 20 yaşlı oğlu Rocerlə birlikdəMeri Key Kosmetiks şirkətini yaradıb. Yəni bacarıb!

 

Əslindəbelə qadınların sayı çoxdur, amma uzunömürlülərini seçməklə başqa məsələyətoxunmaq istədim. Belə ki, Böyük Britaniyanın statistikləri işgüzar karyeranın qadın səhhətinə vurduğu ziyanı araşdırıb. Belə məlum olub ki, işgüzar karyerası olan xanımların ömrü kişilərə nisbətdə hər keçən il bir qədərazalır. Statistika işçiləri xanımların səhhəti ilə bağlı rəqəmləri də dərcedib. Məsələn, 1963-cü ildə fəal həyat tərzi keçirən kişilər qadınlara nisbətəniki dəfədən artıq ölüm risqi ilə üzləşirdi. 1983-cü ilin statistikası isə dahafərqli olub. Belə ki, işgüzar qadınlar arasında ölüm faktları 1,5 dəfə artıb,ömrün qısalması arasındakı fərq isə 6 ildən 4 ilə düşüb.

Mütəxəssislər işgüzar xanımların həyat risqinin səbəblərini də araşdırıb. Bildirilib ki, dahaçox stress və həyəcan keçirən xanımlar alkoqollu içkilərə və siqaretə meyilli olduqları üçün onlar arasında erkən ölüm hallarına tez-tez rast gəlinir. Karyerapillələrini sürətlə qalxan xanımların dünyaya övlad gətirmək istəmədikləri də ortayaçıxıb. Məlum olub ki, işgüzar həyata başı qarışan xanımlar çox gec yaşda nigahagirməyi üstün tutur. İş həyatı olan qadınların dünyaya ilk övlad gətirmək üçünorta yaş həddi 30-dur. 1970-ci ildən sonra isə ilk övladını 40 yaşında dünyayagətirən xanımların sayı 5 dəfədən çox artıb.

Buaraşdırmada həqiqət var, əlbəttə. Amma yuxarıda adlarını çəkdiyim uzunömürlü xanımların əlindənnə içki badəsi, nə də siqaret düşməzdi. Yaxşı səhhət hər şeydən, ən əsasıuğurlu karyeradan vacibdir. Amma fikir verin, statistikanı hazırlayanlar əsasənkişilər olur: bəlkə də qorxuducu faktlarla biznes meydanını "təmizləmək” istəyirlər?!Bir də ki, zərərli vərdişlərdən uzaq olub, vaxtsız vəfat edən, ömrünü xəstəyatağında keçirən qadınlar azmı? Statistikadan çox özünüzə inanın, unutmayınki, kişi kölgəsində yaşamaqdansa, kişiyə kölgə salmaq daha yaxşıdır. Çünki kişisabit deyil, gedəndə özüylə bərabər kölgəsini də aparır... Uzun sözün qısası –iş bayramınız: cəsarətiniz, iradəniz, mücadiləniz mübarək!   


Şəfiqə ŞƏFA