"Kirants divarı Ermənistanın ən böyük uğurudur" - Paşinyan

"2018 və 2020-ci illərdən sonra Ermənistan suverenlik qazandı, dövlət olmaq şansı qazandı".
Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətlə sual-cavab iclasında deyib.
"Biz nə ediriksə, kiminsə nəyisə etiraf edib etməməsindən asılı olmayaraq Ermənistan Respublikasının dövlət maraqları naminə edirik. Məqsədlərimiz Azərbaycanla heç nəyə güzəştə getmək deyil, məqsədimiz Ermənistan dövlətinin suverenliyini, inkişafını və daimiliyini təmin etməkdir. Burada söhbət düşüncənin ölçülərindən gedir. Yuxudan oyanıb, Ermənistanın nə qazandığını düşünürəm.
Kirants divarı Üçüncü Ermənistan Respublikasının ən böyük uğurudur, Ermənistan bundan dövlət sərhəddi, çox kiçik bir ərazidə sülh və təhlükəsizlik əldə etdi", - deyə baş nazir qeyd edib.
Digər Xəbərlər

Makronun əli yenə havada qaldı - VİDEO

Makronun arvadının kişi olduğunu iddia edən jurnalist bəraət aldı

Zelenskinin görüşündə casus tərcüməçi qalmaqalı

Qutsulun ev dustaqlığının müddəti daha 30 gün uzadılıb

Qəzzaya humanitar giriş genişləndiriləcək

Zəngəzur dəhlizinə nəzarət Amerika şirkətinə verilə bilər - Ermənistan XİN-dən açıqlama

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib
