adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Iyun 2019 17:56
41374
TEXNOLOGİYA

KİMYƏVİ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ TƏBLİĞAT APARILIR

"Ruzgar” Ekoloji İctimai Birliyi İPEN (Davamlı üzviçirkləndiricilərin məhv edilməsi üzrə Beynəlxalq Şəbəkə) və "Ekoakord” təşkilatlarınınmetodik-informasiya dəstəyi ilə polixlorbifenillərin (PXB) ətraf mühitə vəinsan sağlamlığına təsirinin azaldılması sahəsində təbliğat kampaniyasıaparır.

PXB-lərin dünya sənaye miqyasında istehsalı ilk dəfəolaraq 1929-ci ildən başlayaraq ABŞ-ın «Monsanto» şirkəti tərəfindən həyata keçirilmişdir.

1930-cu ildənindiyədək dünyada 1.7 milyon tondan artıq PXB istehsal olunmuşdur. KeçmişSSRİ-də PXB-lər 1934-cü ildən sovol və sovtol ticarət markaları adı altındaistehsal edilmişdir.1939-cu ildən SSRİ-də boyalar və laklar üçün plastifikatorkimi 180 min ton PXB istifadə olunmuşdur. Bu maddələr kondesatorların izolyasiyasındavə hərbi sənaye istehsalında istifadəolunmağa başladı.

Azərbaycanda PXB, PXB-li birləşmələr vəPXB-li avadanlıqlar istehsal olunmamışdır. Azərbaycan ərazisində mövcud ola bilənPXB birləşmələri və avdanlıqlar yalnız idxal nəticəsində meydana gəlmişdir. PXBtərkibli birləşmələr və avadanlıqlar üzrə statistik məlumatlar yoxdur. Bu məlumatların ilkin versiyası AzərbaycandaStokholm Konvensiyası üzrə 1-ci Milli Fəaliyyət Planının tərtibi prosesindəaparılan inventarlaşma nəticəsindətoplanmışdır .

PXB-lər davamlı üzvi çirkləndiricilərin(DÜÇ) bir qrupu olub ətraf mühit və insanlar üçün ən təhlükəli üzvi birləşmələrdəndir.Bu səbəbdən PXB-lər də dioksinlər kimireproduktiv funksiyaya ciddi mənfi təsir göstərir. Əhalinin PXB-in təsirinə məruzqalma riskləri tədqiq olunmuş və bu sahədəbir çox nəticələr aşkarolunmuşdur. İnsan orqanizminə təsiri böyrəklərin və digər orqanların zədələnməsinə,nəfəs aldıqda başağrılarına və dəri vasitəsilə sızanaqlar törədə bilməkləxarakterizə olunur. PXB ilə çirklənmiş düyüdən qadınların istifadə etməsi nəticəsindəölü doğulan uşaqlar və uşaqların ölüm hadisəsi artmışdır. Tərkibində yüksəkmiqdarda PXB olan balıqla qidalanan anaların uşaqları azçəkili olmuşdu. İsveçinBaltikyanı sahillərində balıqçıların (anaların) qanlarında PXB-in miqdarımüqayisə qrupuna nisbətən 30% çox olmuşdur. Qanlarında PXB-in miqdarı çox olanqadınların uşaqları anadangəlmə qüsurlarla doğulur. Epidemioloji tədqiqatlarınnəticələrinə əsasən PXB-in təsiri ilə dəridə melanomanın, qaraciyərdə xərçəng xəstəliyinin,mədə-bağırsaq traktında (yolunda) şişlərin, digər bədxassəli yeni törəmələrin əmələgəlməsi arasında korrelyasiya müəyyən edilmişdir. Müayinə əsasən kondensator istehsalı sahəsindəçalışan fəhlələrdə aparılmışdır.

1968-ci ildə Yaponiyada təxminən 16 min adam PXB istehsalı zamanı zəhərlənmiş və bir çoxu da həlak olmuşdu. 1970-ci illərdəPXB-lərin yüksək toksikliyinə görə PXB-tərkibli birləşmələrin istehsalı qadağan edilmişdir.

Bundan əlavə,PXB birləşmələri insan orqanızimdə mutagen prosesləri yaradır, bu da gələcək nəsillərinsağlamlığına mənfi təsir göstərir, belə ki, kondensatorların istifadəsiqaydalara müvafiq tələblərə uyğun olaraq həyata keçirilməlidir.

Ölkə əhalisinin,xüsusilə də gənclərin ətraf mühitdə baş verən dəyişikliklərin səbəblərini,ekoloji problemlərin həlli yollarını öyrənməsi məqsədilə ekoloji təhsilin,ekoloji maarifləndirmənin xüsusi rolu olduğunu qeyd etmək lazımdır. Əhalininekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan RespublikasınınQanununda qeyd olunduğu kimi ekoloji təhsil - ətraf mühitin mühafizəsi və təbiiehtiyatlardan istifadə üzrə normaların, xüsusi biliklərin, təcrübənin tədrisi vəöyrənilməsi prosesidir. Bu prosesdə dövlət təşkilatlarının, vətəndaş birlikərinin,beynəlxalq təşkilatların ekoloji təbliğat və ekoloji maarifləndirmə istiqamətindəfəaliyyəti artıq öz bəhrəsini verməkdədir.

Gəlin gənclərimizin saqlam ətrafmühitdə yaşamaq və ətraf mühitin vəziyyəti barədə informasiya almaq hüquqununpozulmasına imkan verməyək.