adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Avqust 2018 12:23
8064
MƏMLƏKƏT

Kimsəsiz Uşaqların Sosial Müdafiəsi İctimai Birliyi Tərtərdə seminar təşkil edib

Avqustun 30-da Kimsəsiz UşaqlarınSosial Müdafiəsi İctimai Birliyi Tərtər rayonunda seminar təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Uşaqların zərərlidini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili" adlıseminarda qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin ciddi aşınmayaməruz qalması, ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildəayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb.


Təşkilat sədri Lamiyə İsazadə bildirib ki, rayon və şəhərlərimizdəadət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşlarınsayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması,gənclərin zərərli dini cərəyanlara cəlb edilməsi kimi hallar hələ də müşahidəedilməkdədir.
Təşkilat sədri onu da qeyd edib ki, birlik və bölünməzlik dövlətlərin varlığınıqoruyub saxlayan əsas amildir. Bu dəyərlərdən məhrum ölkələrdə heç vaxtəmin-amanlıq olmur. Buna görə də milli-dini birliyə yönəlmiş mənfi fikir vəideyaların yayılmasının qarşısı mütləq şəkildə alınmalıdır.Seminarıntəlimçisi Dini İcmanın sədri, Qafqaz Müsəlmanları İdarəsinin Tərtər üzrənümayəndəsi Hacı Sadiq Cəfərov bu mövzu haqqında geniş çıxış edib.


Seminarda Tərtər Rayon İcra Hakimiyyəti Aparatı İctimai-siyasi və humanitarməsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı ElvinUmudov bu cür layihənin Tərtərdə icrasına görə, icra başçısı adındanlayihə rəhbərinə təşəkkürünü bildirib.

Seminarda Təhsil Şöbəsindən Metod kabinetin sədri İntiqam Nuruyev və digərziyalılar çıxış ediblər.