adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Iyul 2016 17:56
44533
MƏMLƏKƏT

Kim, harada, necə istirahət edəcək? - SORĞU

Yay fəsili gələnkimi ağıllara gələn ilk sual tətili harada və necə keçirmək olur. Bir çoxlarıqarlı-boranlı, yağışlı-çiskinli havalarda məhz bu günlər üçün işləyir ki, yaydadincələcək. Ancaq aparılan araşdırmalar onu deməyə əsas verir ki, bu yay oyaylardan deyil. Həm iqtisadi çətinlik, həm havaların o qədər də isti keçməməsibir çoxlarının istirahət planının üstündən xətt çəkməli olub.

Adalet.az-ınapardığı araşdırma isə daha maraqlı məqamları ortaya çıxarıb.

"APAHolding"in prezidenti Vüsalə Mahirqızı:"Hələlik bu barədəqərar verməmişəm. Ölkə daxilində turizm infrastrukturunun qurulduğu yerlərdəkixidmətlər məni qane edir. Məsələn, Qəbələ rayonunda standartlara uyğun otellərvə xidmət var. Xüsusilə ölkənin cənub bölgəsindəki turizm infrastrukturu isəqane etmir”.

Teleaparıcı Aysel Nazim: "Yay tətilini eləhal-hazırda Moskvada keçiririk. Amma Respublikamızın da gəzməli-görməli yerlərivar. Dənizimiz də var, səfalı yerlərimiz də... qiymətlər yaxşıdı, lakin bir azda aşağı olsa, daha yaxşı olar. İnşallah ölkəmizə qayıdanda Göygölə getmək istəyirəm”.


Xalq Cəbhəsi qəzetininbaş redaktoru Elçin Mirzəbəyli:"Yay tətilini iş otağımdakeçirəcəyəm".

"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəriAnar Nəcəfli: "Sözün açığı tətilbarədə heç düşünməmişəm, heç dincəlməyə vaxt da yoxdur. Bilirsiniz, yol təmir-tikintiişləri əsasən yaz aylarından başlayaraq payıza qədər daha da canlanır.Ölkədaxili turizm yerləri kifayətqədərdi. Ancaq xidmət səviyyəsi yox dərəcəsindədir. Çox aşağıdır. İstər ekonom,istərsə də bahalı yerlərə bunu şamil etmək olar. Yəni qiymət faktoru burda roloynamır. Turizm obyektlərinin sahiblərinin bu məsələdə laqeydliyi və bu laqeydlikdənhəmin obyektdə xidmət göstərən şəxslərdə yaranan laqeydlik birbaşa rol oynayır.Düzdür, elə yerlər var ki, orda xidmət səviyyəsi yüksək səviyyədədir. Ancaq buda barmaqla sayılacaq qədərdir”.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatxidmətinin rəhbəri İradə İbrahimova: "Yay tətilini hələbilmirəm harada keçirəcəm. Yəqin ki, Azərbaycanda. Ölkə daxilində olan turizimsahələri və xidmətləri məni qane edir”.

Modern.az saytınınbaş redaktoru Elşad Eyvazlı: "Qəzetçi üçün tətil olur?Bizdə olmur. Bir həftə rayonda olmağı düşünürəm. Dünyanın bu vaxtı istirahət vəxaric düz gəlmir".


Vusala

Lent.az saytınınyazarı Vüsalə Məmmədova:"Mən ölkə daxilində istirahət edəcəkqədər zəngin deyiləm. Amma bir gün imkanım olanda ölkəni başdan-başa gəzməyiçox arzulayıram. Ötən bazar dostlarımla Mərdəkan denderarisinə getmişdik.Baxımsızlıq.... hər küncdən ac və xəstə pişiklərin əl-ayağından sallanıb yeməkistəməsi... acınacaqlı durum idi. Məzuniyyətim avqustdadır. 2 ildir ki,çalışdığım Azərbaycan Dövlət İqtisad Universitetindən məzuniyyətə çıxan kimiLent.az-da yayımlanan "Əsir düşərgəsi" layihəm üçün girovlarlagörüşürəm. Bu yay da belə edəcəyəm. Növbəti məzuniyyətə qədər yazmaq üçün girovhekayələri dinləyəcəyəm. Bundan başqa, avqustda həm də dincələ bilmək üçün internetdənistifadəni azaldacağam, Facebookdan isə ümumiyyətlə istifadə etməyəcəyəm. Ayınsonunda isə özüm 10 günlük istirahət planlamışam - telefonsuz və internetsiz”.

"Ekonomiks”Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,iqtisad elmləri doktoru, professor Fikrət Yusifov:"Məntətilimi öz ölkəmizdə keçirməyi düşünürəm. Çox istərdim ki, bizim turizmsektoru bazarın nəbzini yaxşı tuta bilsin. Hər kəsi inandırım ki, turizminvəziyyəti məhz bundan asılıdır. Başqa ölkələrin, xüsusilə də bu sahədə böyüktəcrübəsi olan qardaş Türkiyənin təcrübəsini dərindən öyrənməyin vaxtı çatıb.Turizm biznesi ilə məşğul olan hər bir iş adamı başa düşməlidir ki, haradadincəlmək seçimi etməzdən öncə hər kəs ilk öncə qiymətlərə və xidmətinkeyfiyyətinə baxır. Əksər hallarda əgər keyfiyyətdə elə bir ciddi fərqyoxdursa, üstünlük qiymətə verilir. İndi evdə oturub harada hansı xidmətin nə qiymətətəklif olunduğunu öyrənmək qədər asan iş yoxdur. Yəni heç kimi aldatmaq mümkündeyil. Odur ki, turizmin inkişafının yeganə düzgün yolu qiymətlərinoptimallaşdırılmasından keçir”.


Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: "Hələ ki heç bir planımyoxdur. Alınsa 10-15 günlük xaricə getmək istərdim, çünki ölkədə qalanda tamdincəlmək olmur. Daxili turizmi əslində çox sevirəm, amma anormal baha qiymətləriboykot elədiyim üçün ölkədə dincəlmək istəmirəm. Əgər, məsələn, İzmir iləŞamaxının, ya Masallının, ya Oğuzun - rayonun fərqi yoxdur - qiymətlərində fərqyoxdursa, qoy, elə İzmir olsun. Bunu rayonlarda turizm biznesi quransahibkarlar da başa düşməlidirlər”.

"BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova: "Ölkə daxili turizmyerləri məni tam qane etmir desəm yalnış olar. Çünki yay və qış tətillərini daha çox ölkə daxilində keçirirəm. Ancaq təbii ki, təbiətin bütün əsrarəngiz gözəllikləri ilə əhatə olunsaq da, həm meşə zolaqları ilə zəngin, həm dağ turizmi üçün münbit şərait, həm dənizin əlçatan olmasına baxmayaraq təəssüf ki, xidmət sektoru hələ də standartlara cavab vermir. Bu yay istirahətimi həm daxili turizmin, həm də xarici turizmin xidmətlərindən yararlanaraq keçirəcəm. Daha çox ölkəmizin şimal, şimal qərb zonasının turizm imkanlarından və sevimli qardaş ölkə Türkiyənin turizm təkliflərindən yararlanaraq keçirəcəm..".


Azadinform.azsaytının baş redaktoru Niyaz Niftiyev: "Yay tətiliniavqust ayında – yəni məzuniyyət dövründə keçirmək niyyətindəyəm. Təbii ki,planda ailə ilə 1 həftəlik Türkiyə səfəri və ölkədaxili turizmdən istifadə nəzərdətutulub. Təəssüf ki, ölkədaxili turizm imkanları geniş olsa da, xidmət və qiymətlərürəkaçan deyil, amma bütün hallarda istifadə etmək məcburiyyətindəyik. Bəzənqalmaq üçün ucuz yer tapa bilirsən, amma qidalanmada bahalıq hər şeyi bərbadedir. Ona görə ölkə daxilində hara gedəcəyimizi hələ dəqiqləşdirməmişik,axtarışlar davam edir”.


HüquqşunaşMehman Muradlı:"Yay tәtilini doğmarayonumuzda - Tәrtәrdә keçirәcәm. Arada Tәrtәrә yaxın olduğu üçün Ağcakәndәgedәcәm”.


Jurnalist AzərSarıyev:"Yay tətilini keçirməyəcəyəm. Bahalıqdır!”


Yazar CəlilCavanşir: "Yay tətilini kəndimizdə, atamın evində keçirəcəm.Ölkəmizdə çox gözəl yerlər var, amma xidmət sektoru çox bərbad vəziyyətdədir”.


İqtisadçı ekspertNazim Məmmədov: "Həmişə olduğu kimi yaxın günlərdədoğma bölgəmizə getməyi planlaşdırıram. Buna turizm demək olmaz, ümumilikdə isəhamı kimi Azərbaycanda təklif edilən qiymət və xidmətin keyfiyyətindənnarazıyam, ancaq bunun səbəbini də ümumi iqtisadiyyatımızın inhisarlaşmasında,sahibkarların üzləşdiyi məmur özbaşınalığında, həmçinin dövlətin yetərincə dəstəyininolmamasında axtarmaq lazımdır".

Jurnalist Əmrah Fəqanoğlu: "Builki məzuniyyətdövrümün həmişə olduğu kimi, yenə də avqust-sentyabr aylarına düşəcəyi gözlənilir.Son illər əsasən ailə üzvlərimizlə birgə Xaçmaz rayonunun Nabran qəsəbəsində təxminən1 həftəlik göndərişlə istirahət etmişəm. Xidmət səviyyəsi xarici ölkələrlə müqayisədəəlbəttə ki, çox aşağıdır, qiymətlər də baha. İstirahət mərkəzinin tabeliyindəolan əyləncə mərkəzlərinə giriş üçün də əlavə pul alınır, üstəlik orada adi şirə5 qat bahasına satılır. Nabranda Xəzər dənizi çox çirklidir, sahil zolağındaxilasedicilər də çox azdır. Təsəvvür edirsinizmi, çimərlikdə insanlarla inəklərbirlikdə çimir... Meşə zolağında da istirahətə gələnlərin "səliqə-sahmanı"elə ilk baxışdan ürək dağlayır. İstirahət zonalarından yığılan zir-zibil vətullantılar hara gəldi tökülür.Balakənrayonundakı "Qubek" istirahət zonasında isə xidmət yüksəkdir, oradaqonşu Gürcüstana və Azərbaycanın başqa səfalı guşələrinə turlar təşkil olunur.Mehmanxananın həyətində uşaqlar və böyüklər üçün açıq hovuzlar, içərisində isəqapalı hovuz var.Bu yay Nabrana getməyi palanlayıram.Ümid edirəm ki, sadaladığım nöqsanlarla rastlaşmayacam”.


Publika.azsaytının redaktoru Elçin Əlibəyli:"Adətən mən tətiliyayda etmirəm. Ölkədaxili turizm deməzdim, əslində istirahət biabırçılığıdır.Qiymətlər çox yüksək, xidmət ən aşağı səviyyədə, üstəlik də istirahət proqramıyoxdur. Yeyib yatmaqdan ibarət olan fəaliyyətə turizm və ya tətili yaxşı keçirməkadı vermək olmaz. Bütün sahələrdə olduğu kimi asan qazanc vasitələri üzərindəişləyib kreativliyi bir kənara qoyuruq. Nəticə turizm yemək-yatmaq və yauzaqbaşı fağır atı gəzdirməkdən ibarət olur. Bölgələrdə teatr və digər mədəniyyətmüəssisələri var. Onlar öz işlərini turizm siyasəti əsasında qursalar vəpaytaxt teatrları kimi yayda tətilə getməsələr, heç olmasa bölgələrdə tamaşayagedib baxmaq olar. Bu da tətilin tərkib hissəsi olar. Məncə, bölgə teatrlarınınvə mədəniyyət obyektlərinin turizm işində iştirakını yenidən müzakirə etməklazımdır. Təbii ki, bu, kiməsə lazımdırsa”.


"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələrşöbəsinin rəisi NəsimiPaşayev: "Yaytətilini ölkə daxilində keçirəcəyəm .Təbiətdə gəzməyi və istirahət etməyixoşlayıram.O ki, qaldı xidmət səviyyəsinə, əlimizdə olanla kifayətlənirik”.


"Təmiz Dünya” İctimaiBirliyinin rəhbəri MehribanZeynalova: "Yay tətilini keçirmək ən böyük arzumdu, amma pulolanda vaxt olmur, vaxt olanda pul. İndi ikinci vəziyyətdəyəm. Əslində isəimkanım olsa dünyanın ən baxımlı qədim məskənlərinə baxardım. Şəhər divarlarınısevmirəm, mənim arzum təbiətdir”.


Qhtxeber.az saytının redaktoru SənanNəcəfov: "Yay tətilini Azərbaycanda keçirmək fikrim var. Maddi vəziyyətimimkan vermir ki, kənara çıxım. Ölkədaxili turzmin vəziyyəti isə ürəkaçan deyil.Qəbələ, Qusar, Masallıda bəlli yerləri çıxmaq şərtilə heç bir yerdəaldanmayacağımıza, qanımızın qaralmayacağına əminlik yoxdur. Daxildə beləistirahət mərkəzləri azdır. Yəni daxili tələbatı təmin etmək gücücündə deyil. Osəbəbdən nisbətən fərqlənən qiyməti yüksək edir. Səbəb nədir? Niyə? Cavab verənyoxdur.Olsun!Bəs onunla rəqabətdə olan daxma sahibinə nə olub? Qiyməti aşağı etsə, daha çoxmüştərisi olacaq. Amma nədənsə o daxma sahibi də sanki böyük, şəraitliistirahət mərkəzi ilə qiymət yarışmasındadır. Adi bir misal deyim. Baxırsan ki,hər cür şəraiti olan bir istirahət mərkəzidir. Həmin istirahət mərkəzinin restorandabir ailə üçün hesab ağlasığmazdır. Kimliyindən və nə yeməsindən asılı olmayaraqqiymət adambşına hesablanır. Nisbətən ad çıxarmış restoran müştəri sayı çoxolanda 30-35 manatdan hesablayır. Ailə ilə gəldikdə isə bəlli hesab var, onualırlar.Alsınlar!Amma imkanınız olsa, gedin, baxın, şahidi olacaqsınız. Ən bahalı restorandabelə əl-üz yumaq üçün qoyulan təmizləyici vasitələr 10 qəpiklik İran malıdır.Ola bilsin ki, ceyran ətindən qızartma verəcək, səninlə gələn qonaqlar da razıqalacaqlar, tərifləyəcəklər. Amma o qapının ağzındakı "qarşılama" vəofisiantı başa salmaq üçün xüsusi tərcüməçi xidmətinə ehtiyac duyulması hər şeyiyerbəyer edir. Biz hələ qonaqla turist məvhumlarını ayırd edə bilməmişik. Bəzənqonağa turist, turistə qonaq kimi baxırıq”.

Aydın Xan Əbilov, Kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın rəhbəri,yazıçı-kulturoloq: "Hər dəfə olduğu kimi bu səfər dəyay məzuniyyətimi bir neçə yerə bölüb əsasən doğmalarıma sərf etməyə çalışıram.İyunun əvvəllərində bir həftə ərzində qonşu Rusiyada, Moskva və Volqa vilayətinigəzdim. Qardaşlarım və bacılarımın yaşadığı bu ölkədə həm bacım oğlunun toyundaiştirak etdim, həm istirahətə vaxt ayırdım, həm də bəzi görüşlərim oldu. İyununəvvəllərində iki dəfə 4-5 günlük doğma elimə, Lənkərana getdim: anamı tək burxabilmərəm axı. Düzü, boynuma alıram, dünyanın ən gözəl yerlərini kəndimizə və cənubdiyarına dəyişmərəm. Atamın məzarını sahmana saldım, anam Quran tapşırmışdı,kişinin ruhunu yad etdi. Eləcə də iki oğlum, dostumla dəniz və dağ gəzintilərizövqünü çıxartdıq. Avqustda yenə də daxili turizm məkanlarının birinə və olsunki, Türkiyə, ya da Misirə səyahət etdim. Azərbaycanda daxili turizmin inkişafıgöz qabağında olsa da, nədənsə insanlarımız bahalı otellər və əyləncə mərkəzlərinə,istirahət məkanlarına meyl edir, bədxərclik edirlər. Biz isə ailəlikcə kənd,ekoloji və etnik-kulturoloji turizmin imkanlarından faydalanırıq. Yəni az məsrəfləçox yerləri görmək, eləcə də maksimum ekoloji təmiz yerlərdə istirahət etməküçün minimalizm formatlarından bəhrələnməyə çalışırıq. Bizdəki əyləncə, habeləturizim sahələrindəki xidmət səviyyəsi və qiymətlər məsələsinin düzəlməsinə isəhələ illər lazım olacaq. Üstəlik insanlarımız təbiət qoynunda istirahət edəndəözlərini az qala, yumuşaq ifadə etsəm, qeyri-sivil aparırlar: sanki sonuncu dəfəoralara getmiş kimi hər yeri zibilləyir, pis günə qoyurlar...”


AzərbaycanYaradıcılıq Fondunun mətbuat xidmətininrəhbəri Ağa Cəfərli: "Bu yay ümumiyyətlə istirahət etməyəcəm.Ölkədaxili turizm yerləri və göstərilən xidmət haqqında isə onu deyə bilərəmki, qiymətlər həddindən artıq baha, xidmət səviyyəsi isə aşağıdır”.


Müasir MüsavatPartiyasının sədri Hafiz Hacıyev:"Ölkənin buböhrahlı vəziyyətində hansı istirahətdən danışa bilərik və hansı pulla. Ölkədaxiliturizm bizi qane etmir. Çox bahalıqdı. Xidmət də həmçinin”.


Ədalət partiyası sədrininmüavini Mütəllim Rəhimli:"Azərbaycandaistirahət mərkəzlərində qiymətlər yüksək olduğundan orada istirahət etməkimkanlarım daxilində deyil. Hətta təklif olunan ən aşağı qiymətlər belə ailəbüdcəmizə uyğun gəlmir. Keçən il Həmkarlar İttifaqından göndəriş aldığımdan buil onu da ala bilmədim. Ona görə də yay tətilini bu il evdə keçirmək məcburiyyətindəyik.Ancaq 10 günlük anadan olduğum rayona (Tovuza) gedəcəm”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud: "Əmək qanunvericiliyinə uyğun olaraq 2016-cı ildə də məzuniyyət hüququmdan istifadə edəcəyəm. Ancaq o müddətdə də görülməli xeyli işlərim var. Bura dissertasiya işimlə bağlı sənədləşmə mərhələsinə hazırlaşmaq, üzvü olduğum QHT-nin hazırda icra etdiyi layihə ilə bağlı zəruri işlər və bir sıra digər işlər daxildir. Bunlardan sonra zaman qalsa yəqin ki, 1 həftə-10 gün il boyu gərgin iş rejimindən uzaqlaşıb istirahət etməyi də düşünürəm. Güman ki, yaxın qonşu ölkələrin birinə səfər edəcəyəm. Ölkəmizin turizm poetnsialı kifayət qədər genişdir. Ancaq bu potensialın realizəsi üçün zəruri olan bütün addımların atılması hamımız üçün xeyirli olardı. Həm sahibkarlar, həm biz ölkə vətəndaşlar, həm də xarici turistlər. düşünürəm ki, bu istiqamətdə daha dinamik proseslərin getməsi üçün müvafiq qurumlar addımlar atacaqlar".


Sübhan Mahmudov