adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Aprel 2019 12:00
22969
DÜNYA

KİM ÇEN IR SOSİALİZM QURA BİLMİR

Adalet.azxarici mətbuata istinadən bildirir ki, Koreya Xalq Demokratik Respublikasınınbaşçısı Kim Çen Ir hakim Əmək partiyası Mərkəzi Komitəsinin son plenumundaölkədə yaranmış son durum haqqında geniş məruzə ilə çıxış edib. O, Amerikanınvəbeynəlxalq imperializmin ünvanına ittihamlarla dolu məruzəsində deyib ki, ABŞprezidenti Donald Trampla ikinci görüşü faktiki olaraq fiaskoya uğradığınagörə nə ABŞ özü ölkəyə yönəliksanksiyaları ləğv edəcək, nə də Çinə imkan verəcək. Odur ki, bundan sonra bizyalnız öz gücümüzə arxalanmalı, bütün daxili resursları səfərbərliyə alaraqsosialist iqtisadiyyatını daha da inkişaf etdirməliyik. "Ölkəmizə qənimkəsilmiş, onu diz çökdürmək istəyən qüvvələri yalnız bu yolla yerində oturdabilərik.”- deyə "dahi rəhbər” bildirib.

Məlumdur ki,həmin görüşdə Şimali Koreyada nüvə silahının ləğvi barədə tərəflər arasında heçbir anlaşma olmadığına görə dövlət başçıları görüşdən sonra nəzərdə tutulannahar süfrəsində iştirak etməyi belə "unudaraq” hərəsi bir tərəfə üz tutubgetmişdi.

Kim Çen Irplenumdakı çıxışında daha sonra bildirib ki, məhz xarici düşmənlərin mənfurəməlləri sayəsində ölkəmiz hazırkı mərhələdə sosializm quruculuğu yolunda çoxböyük çətinliklərlə üzləşib. Xalqımız bu çətinliyin dəf etmək üçün yüksəkmütəşəkkillik, cəfakeşlik nümunəsi göstərməli, hətta öz canından keçməyə beləhazır olmalıdır. Çünki böyük məqsədlər böyük qurbanlar tələb edir.

KimÇen Irınplenumdakı məruzəsi ölkə parlamenrinin – Ali Xalq Məclisinin bu gün keçirilənsessiyasında da müzakirə ediləcək. Xatırladaq ki, Şimali Koreya parlamenti beşilliyə seçilir. Hər dairədən tək bir namizəd irəli sürülür və onların hamısıistinasız olaraq 100 faiz səs toplayır. Parlamentin iclası ildə bir dəfə birgün keçirilir. Son seçkilər isə bu ilin mart ayında keçirilib. Bu seçkilərinbir özəlliyi ondan ibarət olub ki, KXDR- in mövcudluğu ərzində onun başçısı ilkdəfə parlamentin deputatı seçilməyib. Analitiklər bunu yeni şəraitdə sosialistvətənini toparlamaq və yağı düşməni yerində oturtmaq üçün Kim Çen Ira hansısayeni bir möhtəşəm titul və ya vəzifə veriləcəyi ilə əlaqələndirir.

P.S. Necə də tanış ritorikadır.