adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 16:24
360
DÜNYA

Kilsədə keşişə bıçaqlı hücum edildi - ANBAAN VİDEO

Avstraliyanın Sidney şəhərində kilsədə dini mərasim zamanı naməlum şəxs bıçaqla keşişə hücum edib.

Adalet.az “ABC” telekanalına istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər yaralanıb. 

Hücum edən şəxsin saxlanıldığı bildirilir.

Mari Emmanuel adlı zərərçəkən keşişin Avstraliyada tanınmış bloqer olduğu qeyd olunub.