adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
02 Iyul 2018 11:09
4960
MƏMLƏKƏT

Kəskin istilər olacaq

Sabahdan etibarən ölkə ərazisində yenidən kəskin istilər müşahidə ediləcək.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Bayramova bildirib.

Onun sözlərinə görə, iyulun 3-ü və 4-də yenidən istilər olacaq: "Amma iyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq”.