adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2024 10:21
459
GÜNDƏM

Keşiş Baqrat xəstəxanalıq oldu, etirazçılar başsız qaldı, Kremlin palnı Köçəriyan isə...

Oxuculartımıza xəbər vermişdik ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan 6 mayda etiraz mitinqi keçirdiyi Tavuşdan İrəvana –hökümət evinin qarşısına yürüş keçirdir. Özü kimi sülhə zərər vuran, revanşist ermənilərlə birləşib və Ermənistan baş naziri Nikol Paşinyanın başlatdığı xoşməramlı planlara qarşı olduğunu göstərir.

1990-cı ildən etibarən erməni silahlı terrorçularının işğal etdiyi ərazilərin geri qaytarılmasını bütün dünya alqışlasa da tək ermənilər buna qarşı çıxırlar. Beləliklə, etiraz etdikləri Krants kəndində yaxşılı, ayazlı havada yola çıxan ermənilər nəhayət təxminən 120 km qət etdikdən sonra gəlib İrəvana çıxıblar.
Arxiyepiskop Baqrat bununla da sübut etdi ki, indiyənə qədər ermənilərin başına gələn bütün faciələrin başında elə kilsə sistemidir. Çünki 120 km fasiləsi külək və yağışda yol gələn “etirazçıların” böyük qismi xəstələnib və dəstədən ayrılası olublar.
Deyilənə görə ən ağır zərbə elə arxiyepiskop Baqrata dəyib .Beləki, arxiyepiskopun ayaqlarının şişdiyi və üzərində yaralar əmələ gəldiyi haqqında bu keşişi “qəhrəman” elan edən erməni mediası həyəcanlı xəbərlər verir.

 Səhhətində yaranan problemlərə görə Baqrat dalına yığıb İrəvana gətirdiyi etirazçılardan müvəqqəti olaraq ayrılıb. Hazırda revanşist etirazçılar “Respublika” meydanın yetim kimi tək qalıblar.


Baqrat mediaya elan edib ki, bu ayrılıq müvəqqətidir və tezliklə geri dönəcək:“Bir müddət sonra mən meydana qayıdacağam və sizinlə, əziz həmvətənlərimlə görüşəcəyəm. Təəssüflənirəm!”
Baqrat revanşistlərin xaç atası, qəddar və rəhimsiz kimi tanınan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla gizli görüşlər keçirməsi ilə bağlı şayiələrin əsassız olduğunu deyib. Amma biz keşişə inana bilmərik, çünki hər ikisi eyni əqidənin daşıyıcılarıdır və görüşmələri də təbii haldan əlavə ehtiyacdır.
Yeri gəlmişkən, Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Vaaqn Aleksanyan arxiyepiskop Baqrat Qalstanyanın bu fikirlərini yalanlayıb. Deyib ki, keşiş Baqrat Köçəryanın sözçüsüdür və parlamentin müxalif fraksiyaları ilə Paşinyanın impiçmentini müzakirəyə başlayıb! Buna isə Köçəryanın ofisində keçirilən görüşdə qərar verilib.

Əntiqə Rəşid