Kəmaləddin Heydərov Sabirabadda qəbul keçirəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovavqustun 25-də saat 11.00-da Sabirabadda, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 24 avqust 2017-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.
Digər Xəbərlər
28 Aprel 2024 14:46
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27