adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Iyul 2018 18:00
11869
MƏMLƏKƏT

Kəmaləddin Heydərov qəza baş verən ərazidə

İyulun 3-də Mingəçevir şəhərindəyerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarındanbirində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Bakı və Gəncəşəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrikenerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyatakeçirilməsi nəticəsində elektrik enerjisi ilə təminat əsasən bərpa olunub. Başvermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaqməqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin 3 iyul tarixli Sərəncamı iləDövlət Komissiyası yaradılıb.

Adalet.az xəbər verir ki,Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri general-polkovnikKəmaləddin Heydərov iyulun 3-ü və 4-də Mingəçevir şəhərində səfərdə olub.

Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyininin və digər dövlətqurumlarının nümayəndələrinin və "Azərbaycan İstilik Elektrik Stansiyası”MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyantransformatorunun hazırkı vəziyyəti ilə tanış olmuş, aparılan təmir-bərpaişlərini yaxından izləyib. Problemin qısa zamanda tam həll olunmasınınvacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin AzərbaycanRespublikasınınPrezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulayıb.

Nazir Kəmaləddin Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyatakeçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlarverib.


.