adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Aprel 2020 08:35
144026
MÜSAHİBƏ

Kəmalə Abiyeva: “Başqasının gücüylə rəssam, bəstəkar, yazıçı olmaq olmaz” - MÜSAHİBƏ

"Xanım sözü” rubrikasının növbəti qonağı şairə,pedaqoq Kəmalə Abiyevadır.

-Karantin günlərini necə keçirirsiniz?

- Karantinqaydalarına əməl edirəm. Evdəyəm. Evdən çıxmağa çox da meylli deyiləm.Hərdən gərginləşirəm. Vəziyyət üzücü, yaşamaq gözəldir.Mütaliə edir, xəbərləri izləyir, köhnə sovet filmlərinə baxıram, sosial şəbəkə, yazılarım var, kitab hazırlayıram, tərcüməedirəm, ev işləri görürəm, dərslərə başlamışam. Nəvəmlə vaxt keçirirəm, dərsləriylə,daha çox da riyaziyyatla məşğul oluram.Elə bilirəm riyazi biliyi olmayan, ya zəifolan adamın məntiqi də zəif olur.

- Yaradıcılıqdan əlavə pedaqoqsunuz. Hansı fənni tədrisedirsiniz?

- Ailəmizdə müəllimçox olsa da, fizika müəllimi olmaq ağlımdan keçməyib. Sadəcə dəqiq elmlərdə dəbirincilərdən idim. Anam fizika –riyaziyyat fakültəsini Stalin təqaüdü iləbitirən ilk bir –neçə tələbədən biri, qızlardan isə ilk tələbə olub. Ədəbiyyatıda sevib, bütün şairlərin şeirlərini əzbər bilirdi, şeir yazırdı. Hələ də şeirdəftərləri məndədi. Amma dəqiq elmlərin dəlisi idi. Heyrət edirdim: insan bu qədərriyaziyyatı, fizikanı sevə bilərmi? Bax,bu sahəyə getməyim onun basqısı iləoldu.

-Uzun illərdir müəllimliklə məşğulsunuz. Elə zamanolubmu sıxıcı gəlsin sizə?

- Məktəbi, şagirdləri sevdim. Müəllim kimisevildim. İllər necə keçdi, bilmədim. Təhsilintəcrübə sahəsinə dönməsi ruhumu sıxır. Kurikulumu bəyənmirəm. Sovet təhsilsistemində oxumuşam, işləmişəm, bəlkə ondandı –deyə düşünürəm.Amma çoxluqnarazıdır. Summativ qiymətləndirmələr şagirdlərdə məsuliyyət hissini azaldır,nitq, yazı, gündəlik oxumaq kimi vərdişlər arxa plana keçib. Çox sıxıcıdı. Bubaşqa bir mövzudu.

-İkinci aydır ki, məktəblərdə dərs yoxdur. Siz bucür boşluğu necə doldurursunuz? Şagirdlərlə bu baxımdan hər hansı əlaqənizvarmı?

- Tək mən yox,bir çox müəllimlər dərslərin davamına başlayıb. Yenə də fizika dadımıza çatır.Anam deyərdi ki, elm fizikadır.

-Şeirlərinizə bəstələnən mahnıları nəzərə alsaqsizin özünüzdən çox məşhurdur. Hətta bəzilərini az qala hər kəs bilir. Necəhisdir mətnin imzadan daha məşhur olması?

- Bütün şairlər sözlərinə mahnı olmasını istəyir.Amma Xalq artisti Aygün xanım Səmədzadənin bəstəsində -"Məktəb illəri " kimibir dəfə oxunmaqla bu qədər məşhur olan mahnılar çox olmur. Onlarla kitabla,efirlərə çıxmaqla, müxtəlif tədbirlər keçirməklə, ya cürbəcür fəxri – fərmanlavə nələrləsə bir mahnı mətni ilə qazandığım məşhurluğu qazana bilməyənlər var.Maddi imkanın varsa, reklam edərsən özünü, amma mənasız sözü sevdirə bilməzsən.

-Bu mahnılar haqqında, onların yaranma səbəblərindəndanışardınız.

- 80- ci illərdə bütün qəzet, jurnal, almanaxlardayazılarım olardı. 88 – ci ildə "Yazıçı” və "Gənclik”nəşriyyatlarında kitabımçıxmalıydı. Rəylər də yazılmışdı. Eləcə iki qovluq şeirlərim qaldı. OqtayKazımi ilə ilk mahnılarım artıq dövlət televiziyasında səslənirdi. N. Qasımova,A. Ağayev, Z. Məmmədova, A. Haşımova ifa edib.88 - ci il hadisələrindən sonra 15 ildən çox zaman kəsiyində mən heç birmətbu orqanında görünmədim. Ədəbi mühitdənuzaq düşdüm. Ağır gəlirdi şeir çap etdirmək bu qədər ağrılar varkən.Bacım şeir dəftərimi gizlicə Aygün xanıma verməsəydi 1999 – cu ildə "Məktəb illəri", eləcə də digər mahnılar yaranmazdı. İmzam məhz mahnı mətnləriylə yenidəngöründü. Elə onda da A. Səmədzadə "Niyə şeirlərini bu dəftərlərdəsaxlayırsan?-dedi. Həmin vaxtlarda 80 – ci illərin dostlarından istedadlışairimiz Zülfüqar Şahsevənliylə rastlaşdım təsadüfən. Onun təkidi vəredaktorluğu ilə "Gənclik” nəşriyyatında"Yağış yağır bu şəhərə”kitabım çıxdı.Ancaq yaxın ətrafım bildi. ”Yağış"mahnısı da məşhur oldu. Özün sözündən məşhurolmaqdansa, sözün özündən məşhur olsa yaxşıdır.

-Əksər mahnılarımızın sözləri çox bayağıdır. Sizinkifayət qədər əlaqəniz var, şeirlərinizə mahnı bəstələyənlər sizə hörmət edir.Bəlkə bu əlaqələrinizdən istifadə edib mahnı mətnlərimizi xilas edək?

- Mahnı əsərdi.Musiqi zövqünün formalaşmasında ən vacib janrdı. Mahnının auditoriyası çoxböyükdü. O biabırçı mətnlər birbaşa qavrama zərbə vurur. Arada belə söhbətlərimizolur müğənnilərlə. Verilişlərdə demişəm, hətta yazım da var. Sözlərə önəm verənifaçılarımız var. Bəziləri yüngül, bayağı sözlərin asan anlaşıldığını, tez şöhrətgətirdiyini düşünür. Məşhur olanları olur, amma tez də unudulur. Kamalın bəstəsiolan "Özün günahkarsan” çətin mahnıdı. Bu sözlərə hər bəstəkar musiqi yazmazdı.Amma sevilir illərdi. Dediyiniz kimi mətni əzbər bilirlər. Sözü də, musiqisi də,özü də bayağı olanlar da var. Oqtay Kazımi ilk mahnını yazanda o qədər həyacankeçirirdim. Bədii Şura vardı, icazə verməyə bilərdilər. İndi xərc çəkir klip çəkdirir,ödənişlə harda istəsə səsləndirə bilir. Burda bəstəkarın da yanaşması önəmlidir.Bu bayağı mahnıları adətən ifaçılar özləri yazır. Məncə TV –lər də ciddiyanaşmalıdır bu məsələyə. İndi bu məsələyə diqqət verilir məncə, efirləribayağılıqdan uzaqlaşdırmağa çalışırlar. Heç bir pul xalqın düşüncəsinə, mənəviyyatına, musiqimizə, sözümüzə vurulan ziyanı ödəyə bilməz.

- Qızınız və qardaşınız da yaradıcılıqla məşğuldur.Yaradıcılıqla məşğul olan başqa doğmalarınız da var?

- Yazıçımızyoxdu, amma jurnalistimiz, musiqiçimiz var. Böyüyən nəslimizdə olacaq. Məsələn, İzel çox meylliydi, nağıl danışır, şeir yazırarada. Amma indi aşpazlığa meyledir."Restoran açacam, öz brendim olacaq” – deyir.

-"Dəli Kürdə” bir epizod var. Deyir, niyə qəssaboğlu hökmən qəssab olmalıdır. Müqayisə bəlkə də kobud çıxar. Niyə Azərbaycandayazıçı və şairlərin övladları da şair, yazıçı olur?

- Dünya ədəbiyyatındada var, bizdə də. Bu o demək deyil ki, bütün yazıçıların övladları yazıçı olur.Amma şair, yazıçı övladı olmaq şansdır. Sabir Yusifoğlunun oğlu olduğun üçün səndə şanslısan. Qəssabın oğlunun qəssab olması da təbiidi. Bəlkə o qəssab oxusaydıelə şair olardı. Genetikasa danılmazdır, elmi təsdiqi də var. Genetika təkcəpeşə seçimi deyil, xarici və daxili bənzərlikdir. İstənilən halda yaradıcılıqelə sahədir ki, orda kimisə nə pulla, nə atanın, ya bir başqasının gücüylə rəssam,bəstəkar, yazıçı etmək olmaz.

-Yaradıcı şəxslər haqqında məqalələr yazırsınız. Həttabelə bir kitabınız da 3-4 il öncə çapdan çıxdı. Şairlərin adətən başqalarındankitab, yazı həsr etməsi qısqanclıq və ya ayrı səbəblərdən az olur.

- Bəlkə bupedaqoji fəaliyyətimlə bağlıdır.Mən gəncliyinağıllı, savadlı, hər cəhətdən daha sağlam olmasını, daha gözəlyaşamasını, öndə olmasını istəyirəm. Onun istedadını niyə qısqanım? Onları sevəbilərəm, hər uğuruna sevinə bilərəm. Onlar haqda yazılar bu hisslərdən yaranıb.Bir mövzu səni narahat edir, bir gəncin yaradıcılığı diqqətini çəkir, "nə gözəldi”demək ehtiyacı duyursan…Bu yazıların hər biri mətbuatda çap olunub. "525” — də,daha çox "Ədalət”də.

-Nəsillər arası savaşı götürdükdə yaşlı nəslin gəncliyitərifləyən yazıları nadir hallarda olur. Adətən ya tənqid, ya da məsləhətlər.Sanki xoş söz deməyə çəkinirlər.

- Bu yazılarıdaha çox tənqidlə rastlaşdığım zamanlarda yazmağa başladım. İndi dəyazıram."Niyə yazırsız, özlərindən çox razıdırlar”,”Niyə yazmırsız, maraqlaoxuyurduq, gözləyirik” deyənlər də oldu. Gəncliyin də yaşlı nəslə münasibəti ürəkaçandeyil. Ədəbiyyat, sənət elə sahədir ki, orda kimsə başqasının yerini tuta bilməz.Vəzifə kürsüsü deyil ki, tanışlıqla kimisə oturda biləsən. Zəhmət və istedadlazımdı. Düşünürəm ki, insanları daha çox sevgi, səmimiyyət gözəlləşdirər.

-"Azərbaycan...

De, gözlərimi açsam, gözüm-gözünə baxsa, məni bağışlarmısan?” belə deyirdiniz. Azərbaycan bağışlaya bildimi sizi? Və ya KəmaləAbiyevanı Azərbaycan nə vaxt, nədən sonra bağışlaya bilər?

- Torpağı- Vətənihər problemdə günahkar bilən, suçlayan yazılara, şeirlərə rast gəlirik.Anlamıram, əgər kasıbsansa, villan yoxdusa, ya qanunlar pozulursa, rüşvətxorluqdannarazısansa və s. bu torpaq neyləsin? Ona bütün problemlərə bais şəxs kimi aşağılamaqolar?Ona görə"daha anamız olma”, "məni bağışlarmısan?-deyirəm. Dili olsa, nələrdeyərdi bizə?Ayağa qalxa bilsə,silkələnib tökərdi bizi boşluğa.Vətən səni sevənyer deyil, sənin sevdiyin yerdi. Uşaqlıqda Ordubada, Astaraya gedərdik tətildə.Xüsusi icazə vərəqi olmalıydı. Ordubada qatar sərhəd boyu yoldan keçirdi.Araza, tikanlı məftillərə baxıb kövrələrdim.
Onda yazmışdım Araza:

Axar su olar sərin, Bu yanğı səndə hardan?
Dəyişməyib ki, yerin,bəs niyə narahatsan?

Vətəni sevmək, Araz yanğısından Məmməd ARAZ -"vətən daşı” olmaq gərəkdi. Azərbaycan,şeirdə dediyim kimi,” bütün paralarını bir- bir yerinə qoysaq”, bəlkəbağışlayar?

-Göy göyə bənzəmirsə, bulud buluda bənzəmirsə,yarpaq yarpaqa bənzəmirsəbiz uydurduğumuz dünyadayıq?

- Əlbəttə,reallığı yaşamaq çətindi.Yəni ölmək üçün necə yaşamaq olar?Reallıq budur. Arzular,xəyallar, uydurmalarla yaşayırıq. Məgər həmişə bulud buluda oxşayır?

-Mərhum şair Vaqif İbrahim xatirələrinizdə kövrək, həssas xətləkeçir...

- Vaqif İbrahimiheç unutmadım. Gənc Yazarları ədəbi birliyinin rəhbəri idi. Gözəl atmosferyaratmışdı. O birlikdə çox səmimi dostlar qazandım. Çox təəssüf ki, AYB – dəillər ərzində onun bir xatirə günü –yubileyi qeyd olunmadı.70 illiyində kitab tərtibetdim, maraqlı tədbir keçirdik. Əbülfət Mədətoğlu kitablarımdan biri haqdayazısını "Bizim illərin uşaqları” adlandırıb. 80 – cilər – "Bizim illərinuşaqları” , bütün ailə üzvləri, nəvəsi Vaqif İbrahim də iştirak etdi.

- Bu arada bir təsadüfi qeyd edim ki, Sumqayıtda məktəblərdən biriVaqif İbrahimin adınadır və o məktəbi oxumuşam.

- Sumqayıtısevirəm. Ordakı ədəbi mühit də fərqlidi. Maraqlı tədbirlər keçirirlər.Sumqayıtda yaşayıb yaradanları da unutmurlar.Vaqif İbrahimin də xatirəsi əzizdir.Hətta Vaqif İbrahimin latınca ilk kitabının təşəbbüskarı da İbrahim İlyaslıdır.Məktəb olduğunu bilirdim, bir daha şadam ki, təkcə sevdiyim Eminlə deyil, həm dəo məktəbin məzunuyla söhbətləşirəm.

-Ədəbi mühitdə adətən valideyn-övlad məsələsi kənaraqoyulur. Amma sizin Aysel Əlizadə məsələsində çox həssas olduğunuzu deyirlər. Məsələn,o tənqid olunan kimi bir ana kimi müdafiə etməyə, onun xeyrinə nəsə etməyəçalışırsınız.

- BilirsizAyselin təqdimatlarında təkcə oxucular deyil,söz dünyasında çəkisi, cəmiyyətdə xüsusi yeri, mövqeyi olan insanlariştirak edib, maraqlı, dəyərli fikirlər söyləyiblər. "Ayselin bənzərsiz şeirləri”adlı ilk yazını sevimli yazıçımız Kamran Nəzirli yazıb."Göy qurşağı” publisitikyazıları toplanmış kitaba hər yazısı mənimçün yazı olan İradə xanım Tuncay çoxtəsirli ön söz yazıb. Sabir Rüstəmxanlı, Vaqif Yusifli, Esmira xanım Fuad,Fazil Mustafa, Əbülfət Mədətoğlu, Firuz Müstafa və başqa söz sahiblərininkitabları, yaradıcılığı haqda yazıları var. Adam var illərdi aparıcı kimigörünmək üçün çabalayır, tamaşaçı yığa bilmir. Ayselin hər çıxışının on minlərlə,yüz minlərlə izlənməsi olur. Tənqidi fikirlər də ola bilər. Yəni qərəz yox, tənqid.Nə təpki? Bilmirəm, kim deyir, niyə deyir? Məni yaxından tanıyanlar bilir ki, mənriyakarlığa, namərdliyə, haqsızlığa və s. və i. təpki göstərə bilərəm. Sağlamdüşüncəyə yox. Və sağlam düşüncəli kimdəsə belə bir hiss yaranıbsa, ana duyğusukimi çox səmimi, hörmətlə anlayış göstərər. Heç bir utancverici qarşılıq verməz.Böyük adamlar böyük düşünür.

-Aysellə sizi müqayisə edəndə Aysel daha çılğın,emosional təsir bağışlayır. Sizsə səbrli, təmkinli.

- Aysel və onun yaşıdlarının yeniyetməliyi çətindövrə düşdü. Sosializmdən kapitalizmə keçdik. Aysel 18 yaşında aparıcı kimi çoxməşhur oldu. TV – ni çox sevir. Heç təsəvvür edə bilməyəcəyiniz qədərhaqsızlıqlarla üzləşdi. İndi də var. Çılğınlıq hamıda olur.Amma xaraktercəçılğın adam bunlara əyilərdi. Emosionalolur, amma səbri, təmkini, iradəsi üstələyir. Ədalətlidi, mərddi. Ona ən böyüknamərdliyi edənə darda düşünmədən dayaq olar. Ən ağrılı, çoxunun ehtiyat etdiyimövzulardan yazır. Öz işini görür.Heç bir maliYyə dəstəyi olmadan sayt yaradıb.Maraqlı müəlliflər var. Mənsə, tərifdisə tərif olsun, çoxlarından təmkinli və səbrliyəm.Çünkİ əminəm ki, ədalət, dürüstlük, mərdlik, sevgi və s. gözəl duyğular o qədərqiymətlidir ki, hər adama xərcləmək olmaz.

-Son olaraq…

- Gəlin sonda hər kəsəaydın məqsəd, aydın düşüncə, aydın baxış arzulayaq. "Sağlamlığınıza diqqət edin"-deyək.

Söhbətləşdi: Emin Piri