adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2024 13:08
1104
İDMAN

Karlo Ançelotti “Fənərbağça”nı bonussuz qoydu

Karlo Ançelotti Arda Güleri əsas heyətdə az oyuna buraxdığı üçün “Fənərbağça” klubu bonus əldə edə bilməyəcək.

Məlumata görə, “Real Madrid” rəsmiləri “Fənərbağça”dan  Arda Güleri transfer edərkən La Liqada çempion olacaqları və UEFA Çempionlar Liqasının finalına yüksələcəkləri təqdirdə bonuslar verəcəyini bildirmişdilər.

Maraqlıdır ki, müqavilənin əsas şərtlərindən birində gənc ulduzun oyun sayı qeyd olunmuşdu. Belə ki, Arda Güler 20 oyunda çıxış edəcəyi təqdirdə bu bonusların veriləcəyi deyilmişdi. Türkiyəli futbolçu “Real Madrid” forması ilə cəmi 9 oyunda meydana çıxdığından “Fənərbağça” klubu heç bir bonus qazana bilməyəcək.

Qeyd edək ki, Arda Güler mövsümün əvvəlində 20 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunmuşdu.