Karateçilərimiz Rizədən 57 medalla qayıdır
Rizədə Qaradəniz və Xəzəryanı ölkələrin növbəti çempionatı sona yetib.
Azərbaycan Milli Karate Federasiyasından Adalet.az-a verilən məlumata görə, ənənəvi yarışa 162 idmançı ilə qatılan Azərbaycan karateçiləri 16 qızıl, 14 gümüş və 17 bürünc medalla ümumi hesabda yerli idmançılardan sonra ikinci pilləni tutublar.
Rizə Qapalı İdman Salonunda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında turnirdə 9 ölkədən 57 regionu təmsil edən 158 klubun tərkibində 1506 idmançı mübarizə aparıb. Azərbaycan Milli Karate Federasiyasının, həmçinin Qaradəniz və Xəzəryanı ölkələrin karate federasiyaları təşkilatının prezidenti Yaşar Bəşirov fərqlənən idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00