adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Aprel 2020 10:21
32101
MƏMLƏKƏT

Karantin rejimi yeni kordinasiya yaradacaq - Psixoloq rəyi

Məlum səbəbə görə məktəblər və bağçalar bağlıdır. Bu, vaxtının bir hissəniyaşıdlarıyla, onlarla oynamaqla və.s keçirən uşaqlarçün çətindir. Həmçinin, karantinrejimi aprel ayının 20-dən 4 maya qədər uzadıldı. Bu günlərdə onların vaxtınıdaha sərfəli keçirməsi üçün tv-lər, media hansı proqramlar hazırlamalı, nələr təşkiletməlidir? Həmçinin, valideynlər bunu necə nizamlamalıdır?

Bu barədə suallarımızı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədriElnur Rüstəmov cavablandırdı. Məktəblərin bir çoxu online tədris sistemfə keçməsinəbaxmayaraq bağçalarla bağlı belə bir sistem yoxdur. Psixoloqun fikrincə bağçauşaqlarının vaxtını necə keçirməsi valideynlərdən aslıdır. O, bu baxımdan məktəblilərləbağça uşaqlarını ayrı qruplarda təsnifatlandırır:

"Məsələni 2 formada qruplaşdırmaq olar. Birinci bağçaya gedənuşaqlar, digəri isə məktəbə gedən uşaqlar. Bunlar fərqli qruplardı. Birinciqrupa daxil olan uşaqlarla bağlı məsələ tamam fərqlidi. Bildiyim qədər onlinerejimə keçən uşaq bağçaları yoxdu. Ona görə də məsuliyyət daha çox valideynlərinüzərinə düşür. Valideyn evdə rejim qurub onun əsasında uşaqla səmərəli zamankeçirərsə bu müddət ərzində xüsusi bir problem olmayacaq. Bununla bağlıhal-hazırda internet resurslarımız kifayət edir. Qalır bunu həyata keçirmək.Dünən haqlı olaraq bağçalardan tələb etdiyimizi bu gün özümüzdən tələb etməliyik.Sosiallaşma tək cəmiyyət və yaşıdlar içərisində olmaq deyil. Bu emosionalintellekt, emosional sfera ilə bağlı məqamdı ki, o da ilk növbədə ailədə,valideyn uşaqla münasibətdə formalaşır. Uşaq gördüyünü cəmiyyətdə yaşıdları vəinsanlar arası münasibətlərə apelyasiya edir. Yenə də qeyd edirəm, xüsusikarantin rejimi bir müddətdən sonra bitəcək. Sonsuz davam etməyəcək. Uşaq yenədə cəmiyyətə çıxacaq. Bağçaya gedəcək, həyətə düşəcək, gəzməyə gedəcək. Bu günevdə gördüklərini sabah cəmiyyətə daşıyacaq. Ona görə xüsusi karantin rejimindənmümkün dərəcədə səmərəli istifadə etmək lazımdı. Kiçik yaşlılarla bağlı məsələdəməsuliyyət daha çox valideynlərin üzərinə düşür.”

Elnur Rüstəmov bildirir ki, karantin rejimində online tədris sistemivalideyn-məktəb-uşaq sistemində yeni koordinasiya yaradır. Bunu gələcəkdə dəqorumaq lazımdır.

"Ikinci bir məqam qeyd etdiyiniz məktəb yaşlı uşaqlarla bağlıdı. Buprosesdə məktəb-valideyn-uşaq üçbucağı ortaya girir. Məktəb online rejimdə dərsinkeçirilməsini həyata keçirir, valideyn bunun təşkilinə dəstək olur, uşaq da tədrisolunan dərsi mənimsəyir. Burada məsuliyyəti hər 3 tərəf bölüşür. Dünənə qədərbu prosesdə bir qism valideynlər obyektiv və subyektiv səbəblərdən tam şəkildəaktiv iştirak etmirdilər. Bu gün mənzərə fərqlidi. Valideyn istədi-istəmədi buprosesin bir parçasına çevrilir. Bu həm də gələcəkdə valideyn-məktəb münasibətindəyeni münasibət formasının yaranmasına gətirib çıxaracaq. Online dərslərinin tədrisiilə bağlı adaptasiya prosesini demək olar ki, keçmişik. Artıq müəllim-valideyn-uşaqadaptasiyanı keçiblər. Növbəti əsas məsələ kordinasiyanın qorunmasıdır. Birprosesin düzgün təşkil edilməsi avtomatik olaraq digər proseslərin də doğruformada getməsinə səbəb olacaq. Yəni uşaq əgər səhər dərsə qatılarsa mexanikiolaraq dərsdən sonra da çalışmaları edəcək, asudə vaxtdan səmərəli istifadə edəcək,təbii olaraq yorulacaq, nəticədə ailədə bununla bağlı problemlər azalacaq. Indiisə bunun əksini düşünək. Bir uşaq obyektiv, yaxud subyektiv səbəbdən dərsəqatılmır. Nəticədə gün ərzində ailədə uşaqla bağlı müxtəlif problemlər ortayaçıxacaq. Ona görə də bu prosesdə də günlük rejimin qurulması vacib məqamdı. Oki, qaldı bununla bağlı tv və internet resursları, bunlar var. Bilirsiz ki, TəhsilNazirliyi tərəfindən TV də, konkret olaraq Mədəniyyət TV də gündəlik dərslər tədrisolunur. Internetdə də bu gün üçün kifayət edəcək resurslar var. Tətbiq etmək isəbizə qalır. Bu da insandan insana dəyişir. Kimi onlardan istifadə edir, kimiyox. Hər iki tərəfin də bununla bağlı öz səbəbləri var. Xüsusi karantin rejiminəəməl edək ki, tez bitsin, uşaqlar, ailələr, məktəb normal iş rejimində fəaliyyətgöstərsin.”

Emin Piri