Kamran Əliyev Xəzər rayonunda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev fevralın 14-də saat 10:00-da Xəzər rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Vətəndaşlar qəbulla bağlı Xəzər rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
24 Oktyabr 2025 11:59 Azərbaycanda qadın hakimlərin sayı açıqlandı
24 Oktyabr 2025 11:56 Azərbaycanda bu məhkəmələrə hakimlər təyin edilib
22 Oktyabr 2025 12:26 Beynəlxalq axtarışda olan daha 4 nəfər Azərbaycana ekstradisiya edildi
21 Oktyabr 2025 17:32 Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi
21 Oktyabr 2025 16:29 Ruben Vardanyanın vəkildən imtina edib
21 Oktyabr 2025 13:53 Cəlilabadda məhkəmə yaşlı kişini təhqir edən şəxsi cəzalandırdı
17 Oktyabr 2025 11:22 Bu QHT sədrlərinə cinayət işi açıldı
16 Oktyabr 2025 14:23 

Bakı -°C 






