Kamran Əliyev Qazaxda vətəndaşları qəbul edəcək
İyunun 28-də Baş prokuror Qazaxda vətəndaşları qəbul edəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 28-də, saat 10:00-da Qazax rayon prokurorluğunun inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qazax rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
27 Sentyabr 2026 11:28
Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi
27 Sentyabr 2026 11:13
Dövlət rəsmiləri Zəfər parkını ziyarət edib
27 Sentyabr 2026 10:40
İlham Əliyev və xanımı Zəfər parkında
27 Sentyabr 2026 09:01
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
27 Sentyabr 2026 00:00
Azərbaycanda Anım Günüdür
26 Sentyabr 2026 20:30
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
26 Sentyabr 2026 19:45
Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb
26 Sentyabr 2026 19:20


Bakı -°C

