Kamran Əliyev İsmayıllıda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il martın 13-də, saat 10:00-da İsmayıllı rayon prokurorluğunun inzibati binasında İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər
13 Noyabr 2026 17:36
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı
13 Noyabr 2026 10:18
Özünüməşğulluq proqramı üzrə verilən əmlak hansı qaydada geri alına bilər? - Ali Məhkəmədən izah
04 Noyabr 2026 11:40
Əmlakın könüllü verilməsi hansı hallarda dələduzluq hesab olunur? - Ali Məhkəmədən izah
03 Noyabr 2026 15:34
Əli Kərimlinin məhkəməsi başladı - YENİLƏNİB
03 Noyabr 2026 11:03
Azərbaycanda vəzifəli şəxs həbs edildi
02 Noyabr 2026 16:18
Azərbaycanda hərbi xidmətdən yayınma ilə bağlı 5 cinayət işi başlandı
02 Noyabr 2026 11:18
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
29 Oktyabr 2026 20:10


Bakı -°C

