Kamal Abdulla Nardaranda mühazirə oxuyacaq
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Nardaranda şagirdlərə mühazirə oxuyacaq.
Adalet.az xəbər verir ki, onun mühazirə oxuyacağı məktəb Prezident İlham Əliyevin yeni açılışını etdiyi Nardaran qəsəbəsindəki 295 saylı orta məktəbdir. Yaxın gələcəkdə reallaşacaq bir neçə proyektin gerçəkləşməsində ADU ilə əməkdaşlıq edən, bu il əsaslı təmir və yenidənqurmadan sonra qəsəbə sakinlərinin istifadəsinə verilən 295 saylı orta məktəb həm maddi texniki bazasının zənginliyi, həm də son illərdə qazandığı nailiyyətlərlə ölkəmizin seçilən təhsil ocaqlarından birinə çevrilib.
Akademik Kamal Abdullanın mühazirəsi "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda olacaq.
Qeyd edək ki, akademik artıq bir neçə ildir ki, 15 sentyabr Bilik Günündə müxtəlif məktəblərdə şagirdlərə məruzə oxuyur.
Digər Xəbərlər
28 Aprel 2024 09:00
Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55