Jurnalistlərin nəzərinə
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilk Avropa Oyunlarına qatılmaq istəyən jurnalistlərə, fotoqraflara və yayım hüququ olmayan təşkilatlara müraciət edib. Adalet.az-ın məlumatına görə, müraciətdə deyilir ki, mətbuatın akkreditasiyası aprelin 3-də gecə yarısı (Bakı vaxtı ilə) başa çatacaq.
Bakı 2015 Avropa Oyunlarını işıqlandırmaq istəyən mətbuat nümayəndələri son müraciət tarixindən öncə müraciət etməlidirlər, gecikmiş müraciətlər qəbul olunmayacaq.
Yerlər məhdud olduğu üçün media nümayəndələrinin yeni inşa edilmiş Media Kəndində qalmaq üçün yer rezervasiya etmələri (səhər yeməyi daxil olmaqla bir gecəsi bir nəfər üçün 50 avro və iki nəfər üçün 65 avroya otaq) tövsiyə olunur. Media Kəndi Atletlər kəndinin yaxınlığındadır və bütün obyektlərə gedən nəqliyyat vasitələri buradan hərəkət edəcək. Burada, həmçinin, hər cür iş və yemək imkanları təmin ediləcək.
Mətbuat nümayəndələri akkreditasiya forması əldə etmək üçün 3 aprel 2015-ci il tarixinədək[email protected]ünvanına məktub göndərə bilərlər.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52