Jurnalistlərin evləri Mətbuat Günü ərəfəsində verilə bilər
"Jurnalistlər üçün inşa edilən binada evlərin paylanılması bu il üçün gözlənilir”.
Adalet.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.
V.Səfərli deyib ki, sözügedən evlərin jurnalistlərə paylanılması 22 iyul Milli Mətbuat Günü ərəfəsində ola bilər:
"Evlərin verilməsi ilə bağlı tələb olunacaq sənədlərin toplanılması işinə isə elan veriləndən sonra başlanılacaq. Hələlik bu barədə konkret söhbət yoxdur”.
Digər Xəbərlər
02 May 2024 17:40